Türkiyədə terror aktı törətməyə hazırlaşan PKK-çı Suriyada öldürülüb
Türkiyədə terror aktı törətməyə hazırlaşan şəxs öldürülüb. Bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) məlumat yayıb. Qeyd olunub ki, Türkiyədə kamikedze olmağa hazırlaşan PKK/YPJ üzvü Hezal Belge Suriyada keçirilən əməliyyat nəticəsində öldürülüb.
“Jinda Gundikramo” kod adlı terrorçu PKK-nın rəhbər şəxslərindən biri idi. O, 2004-cü ildə təşkilata qoşulub. 2019-cu ildən isə təşkilatın rəhbərliyində təmsil olunurdu.
Mətləb