Sabah Türkiyə vətəndaşları Livandan təxliyə ediləcək
Livandan ayrılmaq üçün müraciət edən Türkiyə vətəndaşları oktyabrın 9-da dəniz yolu ilə bu ölkədən təxliyə ediləcəklər. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlama verib.
Bildirilib ki, bu çərçivədə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəminin bu gün Beyruta doğru yola düşməsi gözlənilir. Gəmlərin ümumi tutumu təxminən 2000 sərnişin üçün nəzərdə tutulub. O deyib ki, zərurət yarandığı təqdirdə təxliyə əməliyyatları sonrakı günlərdə də davam edəcək. Vətəndaşların Türkiyəyə çatdıqları zaman ola biləcək bütün ehtiyacların qarşılanması üçün lazımi hazırlıqlar tamamlanıb.
Media müşaviri bildirib ki, təxliyə üçün təyin olunmuş gəmlər, həmçinin Türkiyədən göndərilən humanitar yardımları da Livana çatdıracaq.
Mətləb Salahov