Türkiyədən mühüm əməliyyat - 4 mindən çox qanunsuz miqrant saxlanılıb
Türkiyənin bütün vilayətlərində qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, əməliyyat nəticəsində 4040 qanunsuz miqrant və 200 nəfər təşkilatçı şəxs saxlanılıb. Təşkilatçılardan 82-si həbs olunub.
Mətləb Salahov