Haaland yenə “Mançester Siti”nin ən yaxşısı seçildi...
İngiltərənin “Mançester Siti” klubunda sentyabr ayının ən yaxşı oyunçusunun adı məlum olub. Belə ki, azarkeşlər arasında keçirilən sorğuda Erlinq Haaland qalib olub. O, səsvermədə vinger Cek Qriliş və müdafiəçi Yoşko Qvardiolu qabaqlayıb. Qeyd edək ki, sentyabrda Haaland “Mançester Siti”nin heyətində meydana çıxdığı 4 matçda 3 qol vurub.
Mətləb Salahov