"Həmişə inanmışıq ki, yenidən öz evimizə, Şuşamıza qayıdacağıq"
"32 il sonra Şuşaya dönməyin sevincini duymaq çox gözəldir. Böyük sevinc və qürurla evimizə, ocağımıza qayıdırıq". Bu sözləri bu gün Şuşa şəhərinə köçən sakin Rəhilə Əsədova bildirib. O deyib ki, ötən 32 ili sadəcə torpaq həsrəti ilə yaşayıb: "Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Şuşamıza qayıdacağıq. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Şuşa olub.
Şuşanın havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Şuşada var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir".
Mətləb Salahov