Slovakiyadan 3-cü Dünya Müharibəsi xəbərdarlığı - Ukraynanın NATO üzvlüyü başlanğıc nöqtəsi olacaq...
Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı açıqlama verən Slovakiyanın baş naziri Robert Fiko bunun III Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacağını iddia edib.
Ukraynanın NATO üzvlüyünə qarşı olduğunu ifadə edən Fiko, "NATO sözü ilə oynanılır. Nəticədə Ukrayna NATO-nun bir hissəsi ola bilər və müəyyən təhlükəsizlik zəmanətləri ala bilər, lakin eyni zamanda Rusiya Federasiyası da Ukraynanın bəzi bölgələrində təsir gücünə sahib ola bilər".
Ukraynanın NATO-ya qəbulunun bütün üzv ölkələrin razılığı ilə olacağını xatırladan Fiko bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü Üçüncü Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacaq: "Mən Slovakiya Respublikasının Baş naziri olduğum müddətcə partiyamın sədri kimi üzərində siyasi nəzarətim olan deputatlara Ukraynanın NATO üzvlüyünə dəstək verməmələrini tövsiyə edəcəyəm".
Baş nazi ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qalib gəlməsinin Ukraynanın xeyrinə olacağını da iddia edib. "Çünki bu, böyük ehtimalla Rusiya ilə müharibənin sona çatması demək olacaq" deyə Fiko bildirib.
TAHİR