"Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işə müdaxilə etməyə çalışır" - Uşakov
ABŞ və bəzi Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində aparılan işə müdaxilə etməyə çalışır. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh sazişinin üzərində aparılan iş prosesinə müdaxilə etməyə çalışır. Biz hesab edirik ki, bütün əsas işlər Moskvada görülüb və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qarışmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər”, - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi vurğulayıb.
“Baxmayaraq ki, yumşaq desək, hətta ikitərəfli danışıqların bütün iştirakçıları belə Qərbin bu rolunu və danışıqlar prosesinə müdaxilə etmək cəhdlərini alqışlamırlar. Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır. Təəssüf ki, bu missiya getdikcə genişlənir”, - deyə Uşakov qeyd edib.
ZÜMRÜD