KÖHNƏ VERSİYA            

Rusiyanın baş kəşfiyyatçısı Bakıya, ABŞ-ın baş kəşfiyyatçısı İrəvana gəldi - Kreml nəticə çıxarmalıdır...

Image

Akif Nağı: "Bu səfərlər dünyanın güc mərkəzlərinin regionda mövqelərini möhkəmləndirmək məqsədlərindən xəbər verir"

Cənubi Qafqaz ölkələrinə dünyanın marağı getdikcə artır. Əsasən də supergüc sayılan dövlətlər bu regionda varlığını təmin etmək üçün geosiyasi rəqabəti gücləndirir. Cənubi Qafqaz ölkələri isə bu imkandan yararlanmaq, daha böyük dividendlər əldə etmək istəyir.

Azərbaycan Cənubi Qafqazın coğrafi baxımdan açar ölkəsidir. Məsələn, Gürcüstanda və Ermənistanda mövqelərini möhkəmləndirmək istəyən bütün ölkələrin məqsədi yalnız Azərbaycana təsir etmək imkanı qazanmaqdır. Çunki Azərbaycan elə bir coğrafi mövqedədir ki, sözün həqiqi mənasında dünyanın kəsişməsini təmin edir. Mənfur düşmənlərimizin bəyan etdiyi "dünyanın kəsişməsi" layihəsi Azərbaycanda artıq reallaşmaqdadir. Ona görə də regionda çox maraqlı hadisələr baş verir.

Məsələn, bu günlərdə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa və Avrasiya Regional Mərkəzinin direktoru Patrik Prayoru qəbul edib.

Ermənistan Təhlükəsizlik Şurası aparatının press-relizinə görə, Armen Qriqoryan Patrik Prayoru salamlayıb, onun Ermənistana səfərini xüsusilə qeyd edib və ikitərəfli münasibətlər çərçivəsində sıx əməkdaşlıq nəticəsində formalaşmış qarşılıqlı fəaliyyəti məmnunluqla vurğulayıb.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə Bakıda rəsmi səfərdə olub.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Narışkin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə də danışıqlar aparılıb.

Amerikanın təhlükəsizlik yetkilisi İrəvana, Rusiyanın təhlükəsizlik yetkilisi isə Bakıya gəlib. Sizcə nə baş verir? Ermənistan tam olaraq Qərb və ABŞ-nin təhlükəsizlik çətirinin altına sığınırmı?

Bizimlə söhbətində siyasi şərhçi Akif Nağı bildirdi ki, Amerika və Rusiyanın təhlükəsizlik xidmətlərinin regiona səfəri təsadüfi deyil: "Bu səfərlər dünyanın güc mərkəzlərinin regionda mövqelərini möhkəmləndirmək məqsədlərindən xəbər verir. ABŞ-nin təkqütblü dünya yaratmaq cəhdləri alınmadı, dünyanın qütbləşməsi davam edir. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanır. Rusiya nə qədər taqətdən salınsa da, hərbi-siyasi güc mərkəzi olaraq qalır. ABŞ isə müxtəlif regionlarda öz mövqeyini möhkəmləndirməyə çalışır. Bu iki güc mərkəzi arasında ciddi mübarizə gedir. Üçüncü hərbi-siyasi güc mərkəzinə çevrilmək istəyən tərəf isə Avropadır. Son on ildə müəyyən nəticələr də əldə edilmişdir. Avropada bu proses Almaniya və Fransanin rəhbərliyi altında gedirdi. Amma Almaniyada hakimiyyətin dəyişməsi, Şoltsun hakimiyyətə gəlməsi ölkənin siyasi mövqelərini zəiflətdi. Bəlkə də onun hakimiyyətə gəlməsi təsadüfi deyil. Fransada isə Makron elə siyasət yürüdür ki, Fransanın nüfuzu Avropada və dünyada heçə edib. Almaniya və Fransada hakimiyyət dəyişikliyi baş verərsə, ola bilsin ki, Avropanın hərbi-siyasi güc mərkəzinə çevrilmə prosesi davam etsin.

Digər güc mərkəzinə çevrilmək istəyən tərəf Türkiyənin rəhbərliyi altında Türk Dövlətləri Birliyidir. Buna əngəl olmaq üçün ABŞ və Rusiya  ciddi addımlar atırlar. Amerika ilə Rusiyanın həmrəy olduqları yeganə məsələ bəlkə də odur ki, türk dövlətlərinin hərbi-siyasi güc mərkəzinə çevrilməsinə imkan vermək olmaz. Amma Türkiyə və Azərbaycanın dəstəyi ilə proses davam edir. Türk dövlətləri bir araya gəlir və lider olaraq Türkiyə və Azərbaycanı qəbul edirlər. Bu istiqamətdə ciddi işlər gedir və daha çox Azərbaycan bu işə öz töhfəsini verir. Çünki türk dövlətlərinin əksəriyyəti keçmiş SSRİ-nin tərkibində Azərbaycanla bir məkanda olub, onların Azərbaycanla əlaqələri daha sıxdır, bir-birlərini daha yaxşı anlayırlar. Onların bu güc mərkəzində toplaşması Azərbaycandan daha çox asılıdır. 

Eyni zamanda Türkiyəni də hər bir türk dövləti bir lider kimi qəbul edir. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərini də bu birliyə cəlb edir. Birliyin nüvəsi türk dövlətləridir, amma bu birliyə qeyri-türk dövlətlərinin də qoşulma tendensiyası gedir. Məsələn, qismən türk dövləti olan  Macarıstan, qeyri-türk dövlətlərindən Əfqanıstan, Afrikanın bir sıra dövlətləri türk güc mərkəzinə yaxındırlar.

Çin isə dünyada hərbi-siyasi gücə çevrilmək fikrində deyil. 70-ci illərdən başlayaraq Çin dünyada iqtisadi güc mərkəzinə çevrilmək kursunu götürüb və bu siyasət bu gün də davam edir. BRİKS və digər layihələrdə Rusiya ilə bir yerdədilər. Sadəcə olaraq, Rusiya hərbi-siyasi güc mərkəzi kimi bu ittifaqda mövcuddur. Çin isə iqtisadi güc mərkəzi kimi bu birlikdə liderdir və iqtisadi qüdrətini artırmaq üçün birliyin verdiyi imkanlardan səmərəli istifadə edir.

Bölgə uğrunda Rusiya ilə Amerika arasında mübarizə gedir, bu səfərlər də həmin mübarizənin tərkib hissəsidir. Görünür, müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var. İllər əvvəl bir tərəf SSRİ-nin, digər tərəf isə Amerikanın diqtəsi altında idi. O vaxt məsələyə ağ-qara prinsipi ilə yanaşılırdı, ya mənimləsən, ya mənim düşmənimsən... Amma indi belə diktant mövqe yoxdur. Sadəcə, Amerika və Rusiya hər biri regionda öz mövcudluğunu təmin etmək uğrunda mübarizə aparır. Amerika Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışır. Rusiyanın Ermənistanada mövqeini zəiflətməyə və ya onu tamamilə sıxışdırıb çıxarmağa cəhd göstərir. Digər tərəfdən ABŞ Zəngəzur dəhlizi istiqamətdə öz hərbi mövcudluğunu təmin etmək fikrindədir.

Rusiya isə Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq istəyir. Məsələn, Rusiya Gürcüstanda federal quruluş yaradıb, Abxaziya və Osetiyanı onun tərkibinə vermək və bununla da Tiflisin rəğbətini qazanmaq, burada öz mövqelərini möhkəmləndirmək, orada hərbi-siyasi mövcudluğunu bərpa etmək amacındadır. Rusiya Azərbaycanda da hərbi-siyasi mövcudluğunu qurmaq cəhdində bulunur. Bir müddət sülhməramlı kontingent şəklində Rusiya Azərbaycanda mövcud oldu. Lakin artıq buna ehtiyac qalmadı və Azərbaycanın da təzyiqi altında həmin hərbi kontingent ərazilərimizi tərk etdi. Hazırda isə Xankəndidə və ya hansısa ərazidə Rusiya konsulluğunun açılması söhbəti gedir. Amerikanin və Rusiyanin səfirlik və konsulluqları diplomatik missiyadan daha çox hərbi-siyasi missiyanı həyata keçirir. Ermənistanda ABŞ-ın səfirliyi onun xüsusi xidmət orqanlarının bazasına çevrilib. Rusiya da yəqin ki, konsulluq adı altında Azərbaycanda buna bənzər hərbi-siyasi mövcudluğunu təmin etmək istəyir. Hesab edirəm ki, Azərbaycan Rusiyanın bu istəklərinə razılaşmamalıdır. Rusiyanın hər hansı ad altında ölkəmizə gəlməsi arzuolunan deyil. Bu, Azərbaycan üçün təhlükə mənbəyi ola bilər. Yenidən regionda "erməni faktoru"nu qabarda bilərlər, Rusiya hansısa sayda erməni ailəsinin geri qaytarılmasına nail ola bilər. Bu da bizim üçün çox böyük təhlükə yaradar. Azərbaycan Rusiya ilə münasibətləri normal şəkildə saxlamalı, öz mövqelərini müdafiə etməlidir. Xankəndidə konsulluğunun açılmasının heç bir məntiqi yoxdur, orada ruslar yaşamır. Ermənilər hansısa sayda geri qayıdacaqsa, onların təhlükəsizliyini digər etnik vətəndaşları kimi Azərbaycan özü təmin edəcək. Söz-söhbət gedir ki, bu istiqamətdə proses gedir, Narişkin də yəqin detalları müzakirə etmək üçün səfər edib. Azərbaycan bu məsələdən qəti şəkildə imtina etməlidir, Xankəndidə Rusiya konsulluğunun açılması yolverilməzdir. Bu məsələdə Türkiyənin də mövqeyi nəzərə alınmalıdır. Azərbaycan bundan sonra Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq qurmağa çalışmalıdır".

Dəniz NƏSİRLİ







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

SON XƏBƏRLƏR

09.11.2024 | 14:04
Bakıda 57 marşrutun istiqaməti dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır...

09.11.2024 | 13:43
ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

09.11.2024 | 13:30
Polis əməkdaşları 11 kq-dan çox narkotik vasitə aşkarladı

09.11.2024 | 13:16
COP29-da istifadə ediləcək elektrikli avtobuslar tədbirdən sonra sərnişinlərin istifadəsinə veriləcək

09.11.2024 | 12:11
Qırğızıstan prezidenti COP29-da iştirak edəcək

09.11.2024 | 11:45
Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib

09.11.2024 | 11:30
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09.11.2024 | 11:15
"Yanımda insan kəssələr, ruhum duymaz" - azərbaycanlı aktrisadan paylaşım...

09.11.2024 | 11:14
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2024 | 11:05
"O, atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ən mühüm vəsiyyətini yerinə yetirərək Qarabağı vətənə qaytardı”

09.11.2024 | 11:00
"Qəzza zolağında hər gün 67 uşaq ölür" - BMT-dən ŞOK AÇIQLAMA

09.11.2024 | 10:38
Marşal Adalarının Prezidenti Bakıda...

09.11.2024 | 10:30
"Səbail" "Turan Tovuz"a, "Sabah" "Kəpəz"ə qarşı

09.11.2024 | 10:15
“Hədəfimiz normallaşmaya nail olmaqdır" - Miçotakisdən Türkiyə AÇIQLAMASI

09.11.2024 | 10:05
Tanzaniyanın Vitse-prezidenti Bakıdadır

09.11.2024 | 10:00
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09.11.2024 | 09:30
"Yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırırıq” - yol polisi sürücülərə müraicət etdi

09.11.2024 | 09:20
"Biz qardaş Azərbaycanın yanında olmuşuq və olacağıq” - türkiyəli nazirdən AÇIQLAMA

09.11.2024 | 09:05
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09.11.2024 | 09:00
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

09.11.2024 | 00:26
MN: "Hərbi hissə yaxınlığında obyektdə yanğın olub, xəsarət alan yoxdur"

08.11.2024 | 22:29
Əlil Təşkilatları İttifaqı 2 günlük beynəlxalq təlim keçirib

08.11.2024 | 21:35
Tramp generallarından 500 amerikalı əsgərin Suriya-Türkiyə sərhədindən çıxarılmasını istədi

08.11.2024 | 20:31
Zelenski Trampın müharibəni bitirmək planına qarşı çıxdı – “...qəbul etmirik, qərarı verən bizik”

08.11.2024 | 17:50
Azərbaycan XİN Fransanı BMT Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırdı

08.11.2024 | 16:29
Putindən Trampla bağlı ilk açıqlama - yanvarın 20-dək görüşə bilərlər…

08.11.2024 | 15:50
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2024 | 15:37
Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar - FOTO

08.11.2024 | 15:25
DİN-də Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirildi - FOTO

08.11.2024 | 14:35
3500 media nümayəndəsi COP29 üçün qeydiyyatdan keçib

08.11.2024 | 14:31
Zəfər günündə Ermənistanın bayrağı yerdə sürüdüldü ...

08.11.2024 | 14:08
Pakistan XİN Azərbaycanı təbrik etdi

08.11.2024 | 13:42
COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı

08.11.2024 | 12:52
Prezident: "Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq"

08.11.2024 | 12:44
"İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimizdir" - Prezident

08.11.2024 | 12:40
Türkiyə XİN Azərbaycanı təbrik etdi

08.11.2024 | 12:40
İlham Əliyev: "Vətən müharibəsi və antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir"

08.11.2024 | 12:38
"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır" - Prezident

08.11.2024 | 12:33
Prezident İlham Əliyev: "İndi Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb"

08.11.2024 | 12:31
"Bu gün bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər" - Prezident

08.11.2024 | 12:30
Cahit Bağcı 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

08.11.2024 | 12:28
Prezident: "İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər"

08.11.2024 | 12:22
"İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı" - Prezident İlham Əliyev

08.11.2024 | 12:14
Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib - FOTO/VİDEO

08.11.2024 | 12:10
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər parkı ilə bağlı paylaşım edib - FOTO

08.11.2024 | 11:56
İsrailin səfirliyi Zəfər Günü ilə bağlı paylaşım etdi

08.11.2024 | 11:46
Prezident Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb - FOTO/YENİLƏNDİ

08.11.2024 | 11:32
Şuşada hərbçilərin yürüşü keçirildi... - FOTO

08.11.2024 | 11:23
Xankəndidə Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

08.11.2024 | 11:14
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

08.11.2024 | 10:55
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər parkının açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

08.11.2024 | 10:12
Bakıda Zəfər Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO

08.11.2024 | 10:10
Baydendən Çin şirkətlərinə pis "sürpriz" - bu qadağanı bir il daha uzatdı

08.11.2024 | 10:00
Günahsız halda 10 il həbs yatdı, indi 38 milyon dollar təzminat alacaq...

08.11.2024 | 09:36
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

08.11.2024 | 09:26
Məktəblərin biologiya müəllimələri fənn(?) tədrisi ilə bağlı ağır problemə düşüblər...

08.11.2024 | 09:15
"Qarabağ" və "Qalatasaray"dan qələbə, "Fənərbaxça" uduzdu

08.11.2024 | 09:11
Prezident Şuşanın azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib - VİDEO

08.11.2024 | 09:10
Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu - Ukrayna mediası

08.11.2024 | 09:00
Tramp bu xanımı Ağ evə yeni aparat rəhbəri təyin edib

08.11.2024 | 08:47
"Ermənistanla sülh sazişi üzrə aparılan danışıqlarda vacib irəliləyişlər əldə olunub" - XİN

08.11.2024 | 08:43
Sığorta şirkətləri icbari maşın sığortasını azı 7 cür əmsalla hesablayır... Nə əsasla?..

08.11.2024 | 00:14
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO

08.11.2024 | 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

07.11.2024 | 23:41
MEDİA Agentliyində Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti ilə görüş olub - FOTO

07.11.2024 | 22:58
COP29-da Rusiya nümayəndə heyətinə Mişustin rəhbərlik edəcək

07.11.2024 | 21:10
Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO

07.11.2024 | 20:54
Trampın əlində "bütün daşları tərpətmək” şansı var – “2025 hesabatında onun da adamları işləyib"...

07.11.2024 | 20:35
Türk Dövlətləri Təşkilatının bayrağı üçün niyə belə forma seçildi?...

07.11.2024 | 20:18
İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

07.11.2024 | 20:03
Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

07.11.2024 | 19:48
Azərbaycan və Ermənistan səfirləri Moskvada artıq "konstruktiv münasibət" qurublar - Putinin qəbulundan ilginc nüanslar...

07.11.2024 | 19:34
5 dövlət Türk Sülh Xartiyası imzaladı - dünya düzəni dəyişir...

07.11.2024 | 19:19
Tramp Cənubi Qafqaz siyasətini dəyişəcək - ermənilər bərk məyus olublar...

07.11.2024 | 19:05
“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

07.11.2024 | 18:50
Makron Trampın prezident seçilməsindən çox sarsılıb...

07.11.2024 | 18:43
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO

07.11.2024 | 18:37
Fransız biznesmenləri Ermənistanı "Konyak" brendindən imtinaya məcbur etdilər...

07.11.2024 | 18:30
AZCON-un Müşahidə Şurasının tərkibi təsdiqləndi

07.11.2024 | 18:25
Bu qurumlar AZCON-un idarəetməsinə verildi...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930