İlon Mask barədə qalmaqal - gizli şəkildə respublikaçılara milyonlarla dollar ianə edib
Amerikalı sahibkar İlon Mask bir neçə il ərzində gizli şəkildə Respublikaçılar Partiyasına on milyonlarla dollar ayırıb. Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, əvvəllər məlum olmayan ianələr Maskın 2024-cü ilin yayında respublikaçılardan ABŞ prezidentliyinə namizəd Donald Trampın dəstəklənməsi üçün komitə yaratmasından xeyli əvvəl “respublikaçı təşəbbüslərin və namizədlərin maliyyələşdirilməsində əhəmiyyətli qüvvə olduğunu” göstərir.
2022-ci ilin payızında milyarder aralıq seçkiləri ərəfəsində tərəddüd edən ştatlarda demokratlara qarşı kampaniyaya 50 milyon dollardan çox vəsait ayırıb. 2023-cü ildə Mask o zaman prezident seçkilərində iştirak etmək iddiasında olan Florida qubernatoru Ron DeSantisi dəstəkləmək üçün 10 milyon dollar ianə edib.
“The Wall Street Journal” iddia edir ki, sən demə, Respublikaçılar Partiyasının hüquqşünasları və məsləhətçiləri Maska bu maliyyə əməliyyatlarına aidiyyətini gizlətməkdə kömək ediblər.
Mətləb Salahov