İran prezidenti Səudiyyəyə İsrailə qarşı birləşməyi təklif etdi - sabah növbə digər islam ölkələrinə çatacaq...
Asiya Əməkdaşlıq Dialoqu Sammitində iştirak etmək üçün Qətərə səfər edən İran prezidenti Pezeşkian Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Fərhanla görüşüb.
İki ölkə arasında münasibətlərdən danışan Pezeşkian İranın İsrailə qarşı raket hücumlarına da toxunub. O, İranın raket əməliyyatının Tehranın hücum etməməsi qarşılığında Qəzzada atəşkəs haqqında yalan vədlər verildikdən sonra keçirildiyini deyib.
Səudiyyə Ərəbistanının İsrailin hücumlarının dayandırılmasında mühüm rol oynaya biləcəyinə işarə edən Pezeşkian İslam ölkələrini İsrailə qarşı birləşməyə çağırıb: "Əgər İsrail bu gün Qəzzada soyqırım törətməyə cəsarət edirsə, bu, İslam ölkələrinin laqeydliyindən qaynaqlanır. Əgər biz bu təcavüzə qarşı birləşməsək Qəzza və Livandan sonra sabah növbə digər islam ölkələri və şəhərlərinə çatacaq".
TAHİR