Viktor Orban Avropa İttifaqını hədələdi, İlon Mask dəstəklədi...
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask daha bir addımı ilə siyasi gündəmə gəlib. Belə ki, İ.Mask, Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləyib. Bu barədə o özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Yaxşı fikirdir” milyarder Orbanın “X”də yazısını şərh edib. Şərhində Macarıstanın Baş naziri bildirib ki, Avropa İttifaqından Budapeştə təzyiqlər davam etdirərsə, ölkəsi qeyri-qanuni miqrantları Brüsselin əsas meydanına göndərəcək.
Mətləb Salahov