İsrail İranın strateji obyektlərinə hücum qərarı verdi... Bayden ağzından qaçırdı - Yaxın Şərqdə nüvə təhlükəsi...
İranın İsrail hücumundan sonra Yaxın Şərqdə gərginlik davam edir.. Oktyabrın 1-də İsrailin öncə Qəzzaya, sonra da Livana hücumlardan sonra İran bölgədəki hökmranlığını qorumaq üçün İsrailə raket zərbələri endirib. İsrail isə İrana cavablarının sərt olacağını bəyan edib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail Baş naziri Binyamin Netanyahunun rəhbərliyi ilə İsrail Hərbi Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib. İsrail mərkəzli Kanal 12 televiziyası iclasda İranın İsrailə raket hücumlarına cavab tədbirlərinin müzakirə edildiyini bildirib.
İranın hücumuna "güclü cavab" verilməsi qərarının ABŞ rəhbərliyi ilə məsləhətləşmələrdən sonra verildiyi iddia edilib.
Hətta mediada İsrailin İrandakı “strateji əraziləri” (nüvə obyektlərini) hədəf almağı planlaşdırdığı da iddia edilib. İsrailin ən böyük dəstəkçisi olan ABŞ da İranın nüvə obyektlərinə zərbələr endirilə biləcəyini dolayısı ilə etiraf edib. Belə ki, İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyinə işarə edən ABŞ prezidenti Bayden bunu dəstəkləmədiklərini deyib və bildirib ki, Tehrana “ölçülü şəkildə” cavab verməlidir.
TAHİR