Sırxavənddə kütləvi məzarlıqlar ola bilər
Mina və partlamamış sursatlar bizə məlum olan məzar yerlərində qazıntıların aparılmasını çətinləşdirir.
Trend xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusumda beynəlxalq konfransda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin Vətən müharibəsindən sonra tapılma ehtimalı onların yaxınlarında böyük ümidlər yaradıb:
"Onların yaxınlarının müvafiq qurumlara müraciətləri artıb. Sırxavənd kəndində kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür. Lakin 2020-ci ildən 2023-cü ilə qədər separatçılar dəqiq yeri bilinən məzarlıqları dağıdaraq, izi itirməyə çalışıblar".