"İtkin düşmüş şəxslərin taleyi çox mürəkkəbdir" - İsveçrə səfiri
Mən bu konfransda İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın adından çıxış edirəm. Bu alyans 4 qitəni əhatə edən 13 üzv ölkəni birləşdirir. Alyansın hər bir üzvü itkin düşmüş şəxslərin taleyi üçün əməkdaşlığın gücləndirilməsi ilə bağlı öhdəliyinə sadiqdir. Qeyd etməliyəm ki, itkin düşmüş şəxslərin taleyi çox mürəkkəbdir.
Bunu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəli Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Səfir qeyd edib ki, bu konfrans itkin düşmüş şəxslərin ailələrindən tutmuş humanitar təşkilatları, alimləri və vətəndaşlar cəmiyyətinin nümayəndələrini bir araya gətirir:
“Bütün dünyada ailələr və icmalar yaxınlarının taleyini bilmədiyi üçün qeyri-müəyyənlik səbəbindən parçalanır. Onların ailələrinə məlumatlar verilməlidir. Bu məsələdə dövlət və hərbi arxivlərin açılması üçün siyasi iradə yarada bilərik. Biz bir-birimizə yanaşmağımızdan əvəzolunmaz dərslər öyrənə bilərik. İtkin düşmüş şəxslərlə bağlı hadisələrin mərkəzində ailələr dayanır, ailələrin səsləri bir-birlərinə çatmalıdır”, - deyə səfir qeyd edib.
ZÜMRÜD