Baydenin Ukraynanın NATO-ya üzvlük müraciətini dəstəkləyə biləcəyi iddia edildi...
ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti 2025-ci ilin yanvarında başa çatana qədər Ukraynanın NATO-ya üzvlük müraciətini dəstəkləyə bilər. belə bir iddia ilə "Financial Times" qəzeti çıxış edib.
Qəzet bu məlumatı sentyabrda Zelenski ilə Vaşinqtonda keçirilən görüşlərdən xəbərdar olan mənbəyə istinadən yayıb. Bildirilir ki, Baydenin ABŞ prezidenti kimi Avropaya sonuncu səfəri, oktyabrın 12-də Ukrayna üzrə təmas qrupunun liderləri ilə görüş ola bilər.
Bununla belə, adı açıqlanmayan yüksək vəzifəli Ukrayna rəsmisi deyib ki, tam üzvlükdən başqa heç bir həll kifayət etməyəcək. “NATO-ya dəvət edilsək belə, bu heç nə ifadə etməyəcək”, - deyə rəsmi bildirib.
TAHİR