İranın İsrailin 20-dən çox 5-ci nəsil F-35 qırıcısını vurduğunu iddia etdi... - VİDEO
Xəbər verildiyi kimi, oktyabrın 1-də axşam saatlarında İran İsrailə raket zərbələri endirib. Məlumatlara görə, Təl-Əvivi və müəyyən bölgələri hədəf alan İran ballistik raketlərlə yanaşı İsrailə qarşı ilk dəfə səs sürətini aşan raketlərdən istifadə edib.
İran mənbələri hücumdan dərhal sonra 500-ə yaxın raketin atıldığını açıqlayıb. İsrail Müdafiə Nazirliyi isə hücumdan sonra 200 raketin atıldığını açıqlayıb.
Raketlərdən bəziləri İsrail hava hücumundan müdafiə sistemləri və ABŞ qüvvələri tərəfindən havada məhv edilib. İran Dövlət Televiziyası isə İsrailin Dəmir Qübbəsinin təsirsiz olduğunu və atılan raketlərin 80 faizinin hədəfinə çatdığını iddia edib.
İsrail ordusu isə Dəmir Qübbənin qarşısını ala bilmədiyi bir çox raketin binaları hədəf aldığını açıqlayıb. İsrailin açıqlamalarına görə, 180 raket birbaşa şəhərlərə, qalanları isə boş ərazilərə düşüb.
İranın "Shafaqna" Agentliyi isə raket hücumu nəticəsində ABŞ istehsalı olan 20-dən çox 5-ci nəsil F-35 döyüş təyyarəsinin məhv edildiyini iddia edib.
TAHİR
İSRAİLİN RAKET HÜCUMUNDAN GÖRÜNTÜLƏR:
İran'ın İsrail'e füze saldırısından yeni görüntüler... pic.twitter.com/C1ggoVcaUa
— TRT HABER (@trthaber) October 1, 2024