Ermənistanın ədliyyə naziri istefa verdi - işləmək mümkün deyil...
Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən istefa verib. Bu barədə nazir özü açıqlama yayıb.
O deyib ki, Ermənistanda mövcud parlament idarəçiliyi sistemində nazir işləmək çox çətindir. Parlament idarəçiliyi, xüsusən də deputatların özbaşınalığı fonunda işləmək çətin olduğu üçün vəzifəmdən istefa verirəm.
“Əlbəttə, mən qalıb işləyə bilərdim. Amma bunun faydasını görmürəm. Ona görə də istefa verirəm. Bundan sonra özəl sektorda çalışacağam”, – deyə Qriqor Minasyan vurğulayıb.
Nazir istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim etdiyini bildirib.
ZÜMRÜD