"Azərbaycan enerji sektorunun transformasiyasına qoşulan ilk ölkələrdəndir"
Azərbaycan enerji sektorunun transformasiyasına qoşulan ilk ölkələrdəndir. Trend xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, kənd təsərrüfatı fəaliyyət hesabatı 17 dövlətin iştirakı ilə yaradılıb.
“Bu hesabatın məqsədi fermerlər üçün yaxşı şəraitin yaradılmasıdır. Bizə yaxşı məhsuldarlıq lazımdır ki, insanların yaşayışını təmin edək. Əvvəlki hesabatda müəlliflər məsələyə hərtərəfli baxıblar. Lakin belə qəliz məsələni həll etmək üçün ayrı-ayrı tapşırıqları qarşıya qoymalıyıq. Bunun üçün bizə yüksək səviyyəli siyasi iradə lazımdır”, - deyə səfir əlavə edib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.