Bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlər tələb edilir - deputat məcəllədə dəyişiklik təklifi etdi...
Vətəndaşlarının bank kartlarından pullarının mənimsənilməsinin qarşısı alınmalıdır. Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməli və bu məsələyə nəzarət gücləndirilməlidir.
“Texnologiyalardan istifadə edərək, vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazılıq yaradır. Bunun qarşısı alınmalıdır”, - deyə deputat əlavə edib.
S.Novruzov, həmçinin, Seçki Məcəlləsində dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.
O bildirib ki, bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.