İsrail Bəşər Əsədin qardaşının diviziyasını bombaladı
İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandalıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb. “Newsru.co.il” xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.
İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb. Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.
Mətləb