Lavrov BMT kürsüsündən Qərbə nüvə xəbərdarlığı etdi - istifadə edə bilərik...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışında Ukrayna müharibəsinə də toxunub.
“Mən burada Rusiya kimi nüvə dövləti ilə savaş ideyasının mənasızlığı və təhlükəsindən danışmayacağam” deyən Lavrov Qərb ölkələrini açıq nüvə zərbəsilə təhdid edib.
"Suverenliyimiz üçün kritik təhlükə yaradan hücuma cavab olaraq nüvə silahından istifadə edə bilərik" deyən Lavrov daha sonra bildirib: "Ukraynaya uzaqmənzilli silahlar üçün icazə verib-verməyəcəklərini, eşitdiklərini və nə anladıqlarını o zaman görəcəyik”.
TAHİR