İsrail Livanda daha bir “Hizbullah” liderini öldürdü...
İsrail ordusu Beyruta edilən hava hücumunda “Hizbullah” hərəkatının mərkəzi şurasının üzvü Nabil Kaukun öldürüldüyünü açıqlayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah"ın yüksək səviyyəli liderlərindən biri olan Kaukun dünən gecə Beyrutda öldürüldüyünü açıqlayıb. Açıqlamaya görə, Kauk "Hizbullah"ın “önləyici təhlükəsizlik bölməsi”nin komandiri və mərkəzi şurasının yüksək vəzifəli üzvü olub.
“Times of Israel” qəzeti Kaukun "Hizbullah" liderlərinə yaxın olduğunu və İsrailə qarşı hücumlarda birbaşa iştirak etdiyini yazıb.
Xatırladaq ki, “Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.
TAHİR