Lavrov Prezident Əliyevlə Paşinyan arasında görüşün mümkünlüyündən danışdı...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın gələcəkdə Rusiyada potensial danışıqların mümkünlüyünü şərh edib.
Trend bu barədə TASS-a istinadən xəbər verir.
“Rusiya Federasiyasında keçiriləcək BRİKS və ya MDB tədbirləri çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün mümkünlüyü onların qərarından asılıdır”, - deyə S.Lavrov qeyd edərək, Moskvanın öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu vurğuladı.
Qeyd edək ki, oktyabrın əvvəlində Moskvada MDB dövlət başçılarının görüşü, həmin ayın sonunda isə BRİKS sammiti keçiriləcək.