ABŞ kəşfiyyatı Ağ Evə xəbərdarlıq etdi - Qərb raketlərilə Rusiyaya hücum olsa, ABŞ bazaları təhlükə ilə üzləşəcək...
ABŞ kəşfiyyatı Kiyevə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı Ağ Evə xəbərdarlıq edib. “The New York Times” yazır ki, ABŞ kəşfiyyatının fikrincə, Vaşinqton Kiyevə Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməyə icazə verərsə, Moskva ABŞ və müttəfiqlərinə qarşı ciddi əks tədbirlər görə bilər, hətta bu vəziyyətdə ölümlə nəticələnə biləcək hücumlar da mümkündür.
Qəzetin mənbələrə əsaslanaraq verdiyi xəbərdə Rusiyanın mümkün cavab tədbirləri arasında Avropa və Amerika hərbi bazalarına mümkün hücumlar kimi təxribat fəaliyyətlərinin artırılmasının da yer aldığı bildirilir. ABŞ kəşfiyyatı təxribatın daha çox ehtimal olunan variant olduğuna inanır.
Üstəlik, kəşfiyyat hesab edir ki, Ukraynaya bu cür hüquqların verilməsi münaqişənin gedişinə müsbət təsir göstərməyəcək, çünki Ukrayna məhdud miqdarda silaha malikdir və yeni tədarüklərin olub-olmayacağı da bəlli deyil.
TAHİR