Serbiya prezidenti Ukraynada sülh üçün "Koreya ssenarisi"ni təklif etdi - “hər bir kənd uğrunda” şiddətli döyüşlər olacaq...
Serbiya prezidenti Aleksandar Vucic Ukraynada böyük ehtimalla Koreya ssenarisi şəklində sülh sazişinin həyata keçiriləcəyini iddia edib.
"Nəhayət, sülh gələcək və Koreya ssenarisi tətbiq ediləcək", - deyən Vuçiç hesab edir ki, bunun reallaşmasından öncə “hər bir kənd uğrunda” şiddətli döyüşlər olacaq.
Vuçiçin sözlərinə görə, Ukraynadakı vəziyyətin “10, 20 və ya 30 il ərzində” həlli mümkün olmayacaq. Vuçiç bəyan edib ki, ABŞ Rusiyaya qarşı "israrla mübarizə aparacaq", lakin Rusiya da öz maraqlarını qoruyacaq.
"Rusiya ordusunu ciddiyə almamaq axmaqlıqdır, onlar da Rusiya iqtisadiyyatını da ciddiyə almadılar, lakin hadisələr iqtisadiyyata təsir etmədi", - prezident deyib.
TAHİR