KÖHNƏ VERSİYA            

Paşinyan konstitusiya dəyişikliyi məsələsində ziddiyyətlərdən xilas ola bilmir...

Image

“Sadəcə olaraq, bizim şərtlərimiz yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”. Bu fikirlər yeddinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında prezident İlham Əliyev tərəfindən səsləndirilib.

Beləliklə, rəsmi Bakı ən yüksək səviyyədə bildirir ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilən Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Ermənistan həqiqətən də sülh müqaviləsi istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir. Çünki bu olmayacağı təqdirdə Ermənistan Konstitusiya Məhkəməsi hər an sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək, müqavilədən boyun qaçıra bilər. O da faktdır ki, Ermənistanın Azərbaycanla nəqliyyat və rabitə əlaqələrinin açılmasına razılaşmaması iki ölkə arasında sülhə nail olunması və iqtisadi inkişaf baxımından ciddi maneələr yaradır. Kommunikasiyaların bərpası həm regional sabitlik, həm də iqtisadi inteqrasiya üçün əhəmiyyətli bir addım olardı. Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi regiondakı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin genişlənməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli sülhün təməli üçün vacibdir. Hazırda Ermənistan rəsmiləri tərəfindən səslənən fikirlər bu qənaətə gəlməyə əsas verir ki, İrəvan rəsmi Bakının şərtlərini yerinə yetriməkdən başqa çıxış yolu olmadığını yaxşı başa düşür. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir. Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə bilər. Onun sözlərinə görə, buna bir neçə amil kömək edir.

Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladığı ilk ikitərəfli sənəddir. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir. Paşinyan vurğulayıb ki, növbəti addım sülh müqaviləsinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir: “Bütün məsələləri dərhal həll edən heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”. Paşinyanın daha maraqlı açıqlaması konstitusiya ilə bağlı olub. O qeyd edib ki,  Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır: “Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”. Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycan, Türkiyə, eləcə də digər qonşular və tərəfdaşlar üçün kommunikasiyaları dərhal açmağa hazırdır: “Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi nəqliyyat yollarının açılması, boru kəmərlərinin və kabellərin çəkilməsi üçün imkanların yaradılması məqsədi daşıyır ki, bu da sülhə nail olmaq üçün əsas amildir. Biz həm Azərbaycana, həm də Türkiyəyə marşrutlarımızı açmağa hazırıq. Digər qonşular, tərəfdaşlar üçün bu, tərəflərin suveren yurisdiksiyası prinsipinə və onların ərazi bütövlüyünə hörmət edilməklə baş verəcək”. Bundsan öncə Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində qeyd edib ki, Ermənistan sülh sazişinin artıq razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP29 iqlim konfransına qədər imzalamağı təklif edir. Paşinyan hesab edir ki, bu, sülh prosesinin irəli aparılması üçün stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər. Beləliklə, bu açıqlamalar göstərir ki, Ermənistan konstitusiyada dəyişikliklərə hazırdır. Indi İrəvan bunu praktiki addımlarla sübut edərsə, onda sülh üçün ciddi əngəl qalmayacaq. Bunlar fonunda kommunikasiyaların, o cümlədən də Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan üçün yox, ümumilikdə qlobal ticarət üçün yolların genişlənməsinə, Asiya və Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin daha səmərəli qurulmasına gətirib çıxaracaq. Elə Bakının əsas istəyi də budur.

Ramil QULIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031