KÖHNƏ VERSİYA            

Martinika xalqının tələbi Makronu rüsvay etdi - "bizə ərzağı Parisdəki qiymətlə satın"...

Image

Özünü bütün dünyaya demokratiya beşiyi, mədəniyyət simvolu kimi təqdim edən Fransa hələ də müstəmləklə əsarətində saxladığı, lakin öz azadlığı uğrunda mübarizə aparan xalqlara qarşı asimmetrik güc tətbiqindən çəkinmir. 

Bununla Fransa bir daha təsdiqləmiş olur ki, demokratik deyil, neokolonial ölkədir. Hazırda görünən odur ki, Fransa istibdadı onun işğal altında saxladığı ərazilərdə get-gedə daha da kəskinləşir. Ona görə də Fransanın beynəlxalq hüquq, yaxud demokratiyadan danışmağa mənəvi haqqı yoxdur.

Hazırda Fransa zülmü Martinikada özünü daha qabarıq formada büruzə verməkdədir. Qeyd edək ki, Martinikdə müstəmləkəçiliyə qarşı, xüsusilə sosial və siyasi səbəblərdən əhali ayağa qalxıb. Artıq barrikadalar qurulur, hüquq-mühafizə orqanlarının zorakılığına qarşı müqavimət güclənir. Sosial şəbəkələrdə polislərin dinc əhaliyə qarşı odlu silahlardan istifadə etdiyinə dair görüntülər də paylaşılır. Qeyd edək ki, Martinika əhalisi ciddi sosial problemlərdən, bahalıqdan və əhalinin gəlirlərinin çox az olmasından əziyyət çəkir. Onlara xarici ölkələrlə ticarət əlaqələri qurmağa icazə verilmir. Martinika əhalisinə yalnız materik Fransası ilə iqtisadi əlaqələr qurmağa imkan verilir. Martinikadakı bütün böyük ticarət şəbəkələri etnik fransızların monopoliyasında olduğundan, onlar bu məhdudiyyətlərdən gəlirlərini dəfələrlə artırmaq üçün istifadə edirlər. Bunlara etiraz olaraq, artıq Martinikada bahalığa qarşı uzun müddət davam edəcək ümumi tətil başlayıb. Hətta dövlət qulluğunun bir çox bölmələri də tətilçilərə qoşulublar. Adada etiraz aksiyasının uzanacağı qaçılmazdır. Martinika xalqı hökumətdən bu gün konkret qərarlar gözləyir. Adada qurumlara inamsızlıq pik həddə çatıb. Hər kəs supermarketlərdə qiymətlərin sürətlə aşağı salınmasını görmək istəyir. Martinika Ümumi Əmək Konfederasiyasının ümumi tətil çağırışı fonunda xəstəxanalarda, bələdiyyə binalarında, məktəblərdə, hava limanında, hətta bəzi enerji sahələrində etiraz aksiyaları geniş şəkildə davam etdirilir. Həmkarlar İttifaqları bahalığın sakinlərin evlərində iztirab və təhlükəli vəziyyət yaratdığını və bu vəziyyətin artıq uzun zamandır davam etdiyini vurğulayır.

Tətilçilər minimum əməkhaqqı və pensiyaların 2000 avroya qədər artırılması, əsas məhsulların qiymətinə nəzarət və qiymətlərin aşağı salınması kimi tələblər irəli sürürlər. Tətilçilər sentyabrın əvvəlində başlayan hərəkatlarının yenidən bərpa olunacağını bəyan ediblər. Sentyabrın əvvəlində bahalığa qarşı sakinlərin etirazı polislə qarşıdurmadan sonra xalqın qəzəbini daha da artırıb. Sakitliyi bərpa etməyə çalışan Martinikanın yerli hakimiyyəti əsas məhsullar üçün idxal vergilərinin aradan qaldırılacağını desə də, bu, sakinlərin qəzəbini soyutmayıb. Etiraz hərəkatına qiymətlərin əhəmiyyətli dərəcədə aşağı salınmasını və martinikalılar üçün daha yaxşı iqtisadi ədalət tələb edən Afro-Karib xalqlarının və resurslarının Müdafiəsi Birliyi rəhbərlik edir. Nümayişçilər Martinikada qiymətlərin Fransa ilə uyğunlaşdırılmasını tələb edərək, ada sakinlərinin, Fransa vətəndaşları olsalar da, qeyri-mütənasib yaşayış xərclərinə məruz qaldıqlarını bildirirlər. Adada gərginlik pik həddə qalmaqdadır, çünki Afro-Karib xalqlarının və resurslarının Müdafiəsi Birliyinin müzakirələrdə daha çox şəffaflıq tələbi hələ də yerinə yetirilmir. Qeyd edək ki, ümumiyyətlə, son illərdə Qvadelupa, Martinika, Reunion və Mayot kimi ərazilərdə yaşayış səviyyəsinin bahalığına, ictimai xidmətlərə çıxışın və iqtisadi perspektivlərin olmamasına qarşı nümayişlər daha da çoxalıb. Yüksək işsizlik, zəif infrastruktur və təhlükəsizlik problemlərinə məruz qalan bu bölgələr özlərini mərkəzi hökumət tərəfindən tərk edilmiş hiss edirlər. Bu hiss Fransanın yerli məsələlər üçün qeyri-münasib hesab olunan idarəetmə sistemi ilə daha da güclənir. Martinikada isə əhali indi daha kəskin şəkildə Fransanın kolonial siyasətinə, hüquqlarının kobud şəkildə pozulmasına, kəskin sosial duruma etiraz edir, Fransadan kolonial siyasətə son qoyulmasını tələb edir, müstəqillik istəyirlər.

Onu da xatırladaq ki,  Fransa hökumətinin Martinika torpaqlarında istifadə etdiyi zəhərli maddələr kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb, əhalinin sağlamlığına ciddi ziyan vurulub. Zəhərli maddələrin nəticəsidir ki, Martinika dünyada ən çox xərçəng xəstəliyindən əziyyət çəkən ərazidir. Artıq bunlara əhali tərəfindən sərt etiraz olunur. Elə bu fonda Fransa hakimiyyəti Karib dənizində yerləşən Martinika adasına xüsusi təyinatlı polis dəstələri göndərib. Martinika adasının Sosialist Partiyasının təmsilçisi Beatris Belle regionda vətəndaş yox, sosial xarakterli müharibənin getdiyini bildirib və Fransa hakimiyyətini etirazçılarla dialoqa çağırıb. O bildirib ki, zorakılıq regionda vəziyyəti daha da gərginləşdirəcək. Amma Fransa buna məhəl qoymur. Burada onu da xatırladaq ki, Fransa   hələ 1946-cı ildə qanunsuz referendum keçirərək Martinikaya öz dənizaşırı departamenti statusu verib. Bununla, Martinika beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanındı və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edildi. Adadakı dözülməz situasiya barədə yanlış təsəvvür yaratmaq üçün Paris 2003 və 2010-cu ildə adada Fransanın idarəçiliyini möhkəmləndirən, mərkəzi hakimiyyətə daha çox səlahiyyət verən saxta referendumlar da keçirdi. BMT Nizamnaməsinin 1-ci və 73-cü maddələrini, BMT-nin 1514 və 1541-ci qətnamələrini kobudcasına pozan Paris bu gün də adada analoji siyasətini davam etdirir, dünya birliyinin gözündən pərdə asmaqla məşğul olur. Kolonializmə nifrət edən yerli martinikalılar isə buna hər fürsətdə etiraz edir, öz haqlarının müdafiəsi və müstəqillikləri uğrunda mübarizə aparır. Bunu isə Fransa zor gücünə yatırmağa çalışır.  Paris yerli əhalinin iradəsi ilə hesablaşmır, əksinə, planlı şəkildə Martinikada iqtisadi repressiya həyata keçirir, maddi rifahı süni şəkildə aşağı səviyyədə saxlayır. Bu da etirazları gücləndirir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031