KÖHNƏ VERSİYA            

Ərdoğandan yeni fikir - "Azərbaycanla Ermənistan arasında məsələləri mərhələli həll edə bilərik"

Image

Məlum olduğu kimi, BMT Baş Assambleyasının iclasına qatılandan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkdakı Türk Evində bir araya gəliblər. İki ölkə arasında münasibətlərin normallaşması, eləcə də Ermənistan-Azərbaycan danışıqlar prosesi yönündə səylər əsas müzakirə mövzusu olub. Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərində normallaşmanı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına bağlayır. Bunu o, Nikol Paşinyanla görüşündə bir daha dilə gətirib.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə, liderlər Ankara və İrəvanın 2022-ci ildən bəri əldə etdiyi anlaşmaları detallı nəzərdən keçirib, normallaşma prosesinə yeni təkan verməyə razılaşıblar. Ərdoğan isə qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində əldə edilənlərin Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsiri olacaq. Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, İrəvanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib. Ərdoğan daha öncə onu da deyib ki, Ermənistan-Azərbaycan sülh sazişinə Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan eksklavına quru dəhliz məsələsi salınmalıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatının  başçısı İbrahim Kalın da Bakıya son səfəri zamanı həmin bəyanatı dilə gətirib. Kalın da Ərdoğanın Paşinyanla danışıqlarında iştirak edib. Zəngəzur dəhlizi 2020-ci ilin üçtərəfli bəyanatında nəzərdə tutulub. Ermənistan hökumətinin mövqeyi belədir ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daşımalara Ermənistan nəzarət etməlidir. Paşinyanın mətbuat xidmətinin məlumatına görə, Türkiyə liderinə İrəvanın bu məsələdə mövqeyi barədə məlumat verilib. Bakı və Ankaranın tələb etdiyi dəhliz Ermənistanın İranla həmsərhəd Zəngəzur vilayətindən keçməlidir. Tehran dəfələrlə onu Ermənistanla ümumi sərhəd və nəqliyyat əlaqələrindən məhrum etmək səylərinə qarşı xəbərdarlıq edib. Amma Ermənistanın fərqli mövqe sərgiləməyə çalışması da diqqətdən yayınmır. Bu xüsusda Türkiyədə erməni dilində nəşr olunan “Aqos”  qəzeti Ərdoğanla Paşinyan arasında Nyu Yorkda keçirilən görüşü şərh edərkən yazır: “Sətirlər arasında olan hər şeyi diqqətlə incələyərək belə nəticəyə gələ bilərik ki, Türkiyə tərəfi Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib, Ermənistan isə buna “Sülh qovşağı” ilə cavab verib. Bu kontekstdə irəliləyiş olub-olmadığını anlamaq çətindir. Ancaq videogörüntülərə baxanda deyə bilərik ki, Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edəndə görüşün əvvəlində üzlərdəki gərgin ifadə dəyişib. Hətta Ermənistanda hədiyyə olaraq kitab alan Paşinyanın ilhamlı siması tənqid mövzusuna çevrilib”. Nəşr vurğulayıb ki, Türkiyə Ərdoğan-Paşinyan görüşünün Türk Evində keçirilməsini diplomatik uğur hesab etdiyini qeyd edir və Ankaranın yaydığı bəyanatda məhz Ərdoğanın Paşinyanı qəbul etdiyi xüsusi vurğulanır: “Görüşdən sonra heç bir təfərrüat verilməyib, yalnız bildirilib ki, tərəflər danışıqları ilkin şərt olmadan davam etdirəcəklər. Bununla belə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının asanlaşacağını bildirir. Bu, artıq ilkin şərtdir”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan özü də artıq görüşlə bağlı açılama verib: “Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq. Paşinyanın yanaşmasına nəzər saldıqda onun heç bir mənfi ab-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik”. Ərdoğan Azərbaycanla Ermənistan arasındakı bir sıra məsələlərin həll ediləcəyinə inamını ifadə edib: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasındakı bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan belə bir gözləntidədir və səy göstərir. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər qapısı açacaq. Sülh prosesinin nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”. Baş verənləri şərh edən erməni türkşünas Ruben Melkonyan qeyd edir ki, Ankaranın Qarabağla bağlı şərtlərindən biri artıq yerinə yetirilib, Ağrı dağına və Ermənistan konstitusiyasına aid daha iki şərt Ermənistan hakimiyyəti tərəfindən dövriyyəyə qoyulub: “Təbii ki, Türkiyə bütün bunları müsbət qiymətləndirəcək”. Rusiyalı türkşünas Viktor Nadein-Rayevski isə qeyd edir ki, Türkiyə sərhədi açmır: “Və məncə, İrəvanla Bakı arasında hər hansı müqavilə imzalanmayana qədər onu açmayacaq. Paşinyanla Ərdoğan arasında son telefon danışığından sonra səfirlərin görüşü olduğu və müəyyən aktivlik olduğu kimi, hesab edirəm ki, bu görüşdə  maksimum müəyyən texniki irəliləyiş qeydə alınıb, amma bu, məzmunlu olmaya bilər. Bundan əlavə, Türkiyə tərəfini böyük ehtimalla İrəvanla Bakı arasındakı fikir ayrılıqlarının nə vaxt həll ediləcəyi və təxminən nə vaxt sülh müqaviləsi imzalanmasının mümkün olacağı sualı maraqlandırır ki, Ankara da öz addımını atsın”. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə qeyd edir ki, hakimiyyət tərəfindən atılan bütün addımlar regionda sülhün bərqərar olmasına və iqtisadi rifahın təmin olunmasına yönəlib. Papoyan keçmiş hakimiyyəti Ermənistanı bütün iqtisadi nəticələrlə birlikdə 30 il blokada və təcrid şəraitində saxlamaqda ittiham edib. Qeyd edək ki, erməni müxalifəti Paşinyanı Ərdoğanla görüş üçün Nyu Yorkdakı Türk Evinə getməkdə ittiham edir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031