KÖHNƏ VERSİYA            

Ermənistanın taleyi Azərbaycanla Türkiyənin əlində qaldı...

Image

Məlum olduğu kimi, Ermənistana məxsus yüzlərlə yük maşını Rusiya-Gürcüstan sərhədinin əsas keçidi olan “Yuxarı Lars” məntəqəsində ilişib qalıb. 

“Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi”nin saytında yer alan məlumata əsasən, hazırda "Yuxarı Lars" keçid məntəqəsində təxminən 2500 yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Rusiya tərəfdən Gürcüstana ümumilikdə 2489 yük maşınının daxil olacağı gözlənilir.

Qeyd olunur ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və hava temperaturunun aşağı olması ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib. Amma heç kimə sirr deyil ki, “Yuxarı Lars” məntəqəsinin bağlanması Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi cəza tədbiridir. Kremlin Ermənistana qarşı iqtisadi rıçaqlarından ara-sıra istifadə etməsini nəzərə alsaq, budəfəki məsələnin də Nikol Paşinyan hakimiyyətinə bir mesaj olduğunu düşünmək olar. Ekspertlər bildirir ki, 2022-ci ildə Ermənistanın 5,42 milyard dollarlıq ixracında Rusiyanın payı 2,643 milyard, yəni ümumi ixracın 45,5 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici artaraq 52 faiz və ya 2,645 milyard dollar təşkil edib. Belə olduğu halda, Nikol Paşinyan hökumətinin Rusiya ilə xarici ticarət və iqtisadi əlaqələrini Qərbin qoynuna sığınaraq təhlükəyə atması indi İrəvana böyük problem yaradır. Məsələ ilə bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Ermənistanda indi ciddi çəkildə “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyətlə məşğuldurlar. Orada ərzaqla dolu ağır yük maşınları yerində dayanıb. Parlamentin “Hayastan” blokundan olan deputat Qarnik Danielyan Ermənistanın “Yuxarı Lars” gömrük attaşesi Vaan Akopyanla əlaqə saxladığını bildirib. O deyib ki, son məlumatlara görə, Larsdan 70 yük maşını qayıdır, yüzlərlə yük maşınının sürücüləri də eyni addımı atmağa hazırlaşır. Deputat sosial şəbəkədə yazıb: “Geri qayıdan maşınlara balıq, meyvə, tərəvəz, quru meyvə, gül yüklənib. Rusiya tərəfi dəfələrlə erməni tərəfinə yazıb ki, bir sıra çatışmazlıqlar və uyğunsuzluqlar var, onları təcili aradan qaldırmaq lazımdır. Xüsusilə bitkiçilik məhsullarının tədarükü zamanı qanun pozuntuları müəyyən edilib. Onların fikrincə, Ermənistan tərəfi nöqsanların aradan qaldırılmasında ardıcıl olmayıb, nəticədə fitosanitar nəzarəti gücləndirilib və oxşar vəziyyət yaranıb. Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsi, Ermənistan İqtisadiyyat Nazirliyi və “Rosselxoznadzor” arasında danışıqlar yekunlaşıb. Bir sözlə, müzakirələr nəticə vermədi və təəssüf ki, müsbət dəyişiklikləri bəyan edə bilmərik. Rusiya tərəfi pozuntuların aradan qaldırılmadığını israr etməkdə davam edir, erməni tərəfi isə problemin başqa sahədə olduğuna eyham vurur”. Qeyd edək ki, “Yuxarı Lars”dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək “Yuxarı Lars”a alternativ kimi Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Tiflis bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir.

İndi belə hesab olunur ki, Ermənistanın bu vəziyyətdən xilası Azərbaycan və Türkiyənin nəqliyyat yollarına qoşulmasından keçir. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyi sürətləndirməli, Zəngəzur dəhlizini açmalıdır. Elə gürcü siyasi ekspert Giorgi Qoqua da məsələyə bu prizmadan yanaşır: “Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir. Onsuz da Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəzur dəhlizinin açılması üçün də səylərini artırmalıdır”. Gürcü ekspert vurğulayıb ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur: “İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun. Ermənistan Azərbaycanla sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq”. Digər gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya isə hesab edir ki, Gürcüstanla Rusiya arasındakı yeganə quru yol olan “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasından ən çox Ermənistan əziyyət çəkir: “Bu gün sərhəd-keçid məntəqəsində ermənilərə məxsus minlərlə avtomobil dayanır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu gün bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, düşdükləri bu vəziyyətdən onları yalnız Azərbaycan xilas edə bilər”. Onun sözlərinə görə, vəziyyətdən çıxmaq üçün Ermənistan tərəfi mütləq şəkildə sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət Ermənistanın sonunu gətirəcək: “Sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq. Müqavilə imzalandıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artacaq, həm də təhlükəsizliyi təmin olunacaq. Bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq. Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031