Muxtar Babayev Nyu-Yorkda görüş keçirib
COP29-un prezidenti Muxtar Babayev Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində təşkil olunmuş COP29-un Üçüncü Beynəlxalq Məşvərət Komitəsinin iclasında Azərbaycanın sədrliyinin irəliləyişi barədə məlumat verib. Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Əsas hadisələr arasında Avstraliyanın energetika naziri Kris Bouenin iqlim maliyyələşdirilməsinə dair yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə nazir nümayəndəsi təyin edilməsi, Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması sırasındadır. Bundan əlavə, buraya Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyə Süleymanova və İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaronun şəffaflıq üzrə yüksək səviyyəli həmsədrlər təyin edilməsi, həmçinin COP29 sədrliyinin Fəaliyyət Gündəliyini təşkil edən təşəbbüslər və bəyannamələrin tam siyahısının dərc edilməsi daxildir", - paylaşımda qeyd olunub.