ABŞ-da dəhşət - azotla edam həyata keçirilib...
ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib. Bu barədə hökmün icrasını müşahidə edən "Associated Press" agentliyi xəbər yayıb. ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, - o deyib.
Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər.
Mətləb Salahov