ABŞ Ukraynaya 7,9 milyard dollar hərbi yardım ayırdı - Ağ Ev açıqladı
ABŞ Ukraynaya 7,9 milyard dollar hərbi yardım ayırıb. Paketə “Joint Stand-off Weapon” (JSOW) qanadlı aviasiya bombaları daxildir. Bu barədə Ağ Ev açıqlama yayıb. Məlumatda qeyd olunur ki, Ağ evin rəhbəri Co Bayden ABŞ Müdafiə Nazirliyinə onun prezidentlik müddətinin sonuna qədər Kiyevə Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində qalan bütün vəsaiti Ukraynaya ayırmağı tapşırıb.
Mətləb Salahov