Ceyhun Bayramov Baydenlə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ prezidenti Co Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.
Bu barədə Ceyhun Bayramov öz “X” hesabında məlumat paylaşıb.
Məlumatda həmçinin qəbulun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunduğu bildirilib.