KÖHNƏ VERSİYA            

Dünya QHT-ləri Paşinyanın BMT-də çıxışına jestlə cavab verdilər - "inklüzivliyin prioritetləşdirilməsi" nədir?

Image

Mübariz Göyüşlü: “Hesab edirəm ki, bu bəyanat Paşinyanın sammitdəki ucuz çıxışına bir cavabdır”

Sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçısı olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a ev sahibliyi edəcək Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanat yayıb. Bəyanatı 22 ölkədən 44 QHT nümayəndəsi imzalayıb.

“Birlikdə sağlamlaşma: davamlı gələcək üçün inklüziv yollar” adlı bəyanatda deyilir: “COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi"nin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və öndə olan digər qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.

Biz, xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəalları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək verməyə hazırıq.

Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 əvvəl, tədbir zamanı və ondan sonra yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.

İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək”.

Bu bəyanatda iki məsələ xüsusilə diqqət çəkir.  Birincisi, COP29-da inklüzivliyi prioritetləşdirməyə çağırırıq - bu nə deməkdi? Bunun məzmunu nədir? İkincisi, bu yayılmış bəyanatı “Gələcəyin Sammitində” Ermənistanın Baş naziri Nikol Paşinyanın demarşına bir növ cavab kimi qiymətləndirmək olarmı? Paşinyan orada çıxış etdi, sosial ədalətdən danışdı, dedi ki, xeyirxah olmaq, gələcəyə ümid etmək lazımdır. Burda “sülh müqaviləsi imzalayaq” deyir, o biri yandan müharibəni körükləyir, Ermənistan silahlanır, sonra da gedib Nyu-Yorkda sülh çağırışı edir və gələcəyə inandığını bildirir. 

Xarici QHT-lərin bu bəyanatı əslində Paşinyanın BMT tribunasındakı ucuz demarşına dolayı cavab sayıla bilərmi?

“Bu öhdəliklərdən biri də insanların fiziki imkanları, sosial mənsubiyyəti və iqtisadi vəziyyətindən asılı olmayaraq...” 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyada ictimai rəyin formalaşmasında bir neçə institut çox fəal iştirak edir, bunların biri media institutudursa, o biri qeyri-hökumət təşkilatları institutudur. M.Göyüşlü bu baxımdan hesab edir ki, beynəlxalq QHT-lərin belə bir bəyanat imzalayıb tərəfdaş ölkələrə çağırış etməsi COP29 kimi önəmli bir tədbirə beynəlxalq ictimai dəstəyin bariz göstəricisidir. Dünyadakı proseslərə dövlət qurumlarının müdaxiləsinin o qədər də xoş qarşılanmadığını deyən M.Göyüşlü vurğuladı ki, bu, dövlətin ideoloji təbliğatına xidmət etdiyinə, yəni siyasi mahiyyət daşıdığına görə müsbət qəbul edilmir. “Amma qeyri-hökumət təşkilatlarının hər hansı bir prosesdə aktiv iştirakı o məsələyə beynəlxalq ictimaiyyətin diqqət göstərməsinə səbəb olur. Bu mənada hesab edirəm ki. xarici QHT-lərin COP29 kimi önəmli tədbirə diqqət göstərməsi, dəstək verməsi, bu prosesin inklüzivliyi ilə, digər istiqamətlərilə, dayanıqlı inkişaf məsələsilə və sairlə əlaqədar məsələləri diqqətdə saxlaması çox vacibdir. Bu məqamlar bizim üçün çox böyük əhəmiyyət kəsb edir”-deyə müsahibimiz vurğuladı. “Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq” fikrinə şərh verən M.Göyüşlü bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) özündə bir sıra istiqamətləri birləşdirir. M.Göyüşlü qeyd etdi ki, dayanıqlıqla bağlı üzərimizə götürdüyümüz öhtəliklər var. “Bu öhtəliklərdən biri də insanların fiziki imkanları, sosial mənsubiyyəti və iqtisadi vəziyyətindən asılı olmayaraq, COP29 tədbirinin hər kəs, xüsusən də gənclər, qadınlar və az təmsil olunan qruplar üçün əlçatan olmasını təmin etməkdən ibarətdir. COP29 tədbirlərində hər bir iştirakçı üçün əlçatanlıq və inklüzivlik təmin olunacaq”. 

Qeyd edək ki, COP29-da müyəssərliyin təmin olunması inklüzivlik üzrə öhdəliyin ayrılmaz tərkib hissəsidir. COP tədbirləri zamanı bütün iştirakçılar üçün rahat mühit təmin olunacaq. Məlumatlara əsasən, gözlə görülə bilinməyən əlilliyi olan şəxslərin tədbirdə rahat hərəkəti və iştirakını təmin etmək üçün xüsusi günəbaxan simvollu lentlər və qolbaqlar mövcud olacaq. Fiziki imkanları məhdud olan iştirakçılara dəstək göstəriləcək.
 M.Göyüşlü qeyd etdi ki, sosial vəziyyətindən, fiziki imkanlarından asılı olmayaraq, bütün iştirakçılara bərabər iştirak imkanı yaradılacaq. Məsələnin digər tərəfinə gəlincə, M.Göyüşlünün sözlərinə görə, nəzərə alaq ki, Ermənistan, onun Fransa kimi havadarı COP29 tədbirləri ərəfəsində Azərbaycan əleyhinə  kampaniyalarına ara vermirlər. “Biz bu bəyanatı Azərbaycana qarşı qaralama kampaniyasına qarşı  mübarizənin tərkib  hissəsi sayırıq. Paşinyan özünü dünyada sülhpərvər kimi göstərsə də, əməldə Ermənistanı durmadan silahlandırır. Bu ölkənin fəal şəkildə silahlanmasını, aqressivliyinin artdığını ifşa etməliyik. Bu baxımdan hesab edirəm ki, bu bəyanat Paşinyanın sammitdəki ucuz çıxışına bir cavabdır. Çünki Paşinyan orda sülhdən danışıb, amma daxildə  sosial ədaləti hər zaman tapdayıb. Ermənistan dünyada sosial ədaləti pozan dövlətdir və bu dövlətin əməlləri dünayaya məlumdur”-deyə M.Göyüşlü bildirdi.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031