İsraillə Azərbaycan arasında müdafiə sənayesi sahəsində Strateji Anlaşma Memorandumu imzalandı
İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdə davam edir. Trend xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial media şəbəkəsində bildirib.
“AS Holdings” və onun törəmə şirkəti NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms” bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu imzalayıb.
Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir.
İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər", - deyə səfir əlavə edib.