Bir gündə 111 makiyaj edərək dünya rekordu qırdı
Syerra-Leonelidən olan vizajist Meri Yonqai 24 saat ərzində 111 makiyaj edərək dünya rekordu qırıb. Bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytı məlumat yayıb.
Rekordun tanınması üçün Yonqai hər makiyajında tonal krem, konsiler və ya ənlik, ən azı iki rəngli göz kölgəsi, göz layneri, tuş, dodaq boyası və ya dodaq parıldadıcısı, dodaq layneri və preslənmiş kremdən istifadə etməli idi.
O, 24 saat ərzində yalnız bir dəfə 20 dəqiqəlik fasilə edib. Meri heç nə yeməyib, tualetdən istifadə etməyib, qəhvə və enerji içkilər içməyib. Yonqai rekord vurmağa hazırlaşarkən bacıları və dostları üzərində məşq edib.
Mətləb