Xocalı şəhərinin gecə və gündüz GÖRÜNTÜLƏRİ
30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xocalılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşamağa başlayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış, Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu videoçarxı şərhsiz təqdim edir.
Xatırladaq ki, Xocalı şəhəri, dövlət başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.
[media=https://www.youtube.com/watch?v=fyUOYJ8Elqg]