Kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza bilər - Xidmət rəisi xəbərdarlıq etdi
Kibertəhlükəsizliyin yalnız texniki məsələ olmadığını, siyasi, iqtisadi və sosial ölçülərə də sahib olduğunu qəbul etməliyik. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər.
“Buna görə texniki tədbirlərlə yanaşı, qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərini əhatə edən kompleks yanaşma tərtib etməliyik”, - deyə İlqar Musayev əlavə edib.
NAMİQ