Muxtar Babayev Astrid Şomaker ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Rəyasət Heyəti BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının icraçı katibi Astrid Şomaker ilə Kolumbiyada keçiriləcək biomüxtəlifliyə dair sessiyanı müzakirə edib. Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"COP29 Rəyasət Heyəti və Astrid Şomaker Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Biomüxtəliflik Konfransı və Səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası çərçivəsində əməkdaşlığın vacibliyini müzakirə ediblər. İqlim dəyişikliyi planetimizin zəngin biomüxtəlifliyini təhdid edir və biz təbiətlə harmoniyada yaşamaq üçün birlikdə çalışmalıyıq”, - məlumatda bildirilib.
Mətləb Salahov