KÖHNƏ VERSİYA            

Türk faktoru İranın Zəngəzur siyasətinə əsaslı təsir edir...

Image

Bəlli olduğu kimi, İran İslam Respublikası Zəngəzur dəhlizinin inşasına kəskin etiraz edir. Dəhliz İranın rəsmi və yarı-rəsmi mətbuat orqanlarında sıx-sıx “Turan dəhlizi” və “NATO dəhlizi” ifadələri ilə təqdim edilir. İranın müxtəlif siyasi qrupları, o cümlədən ölkə xaricindəki dissident qrupların Zəngəzur dəhlizinə münasibəti böyük ölçüdə Tehranın mövqeyi ilə üst-üstə düşür.

Xatırladaq ki, İranın siyasi mühitində uzun müddətdir danışılan Zəngəzur dəhlizi mövzusu Rusiya prezidenti Vladimir Putinin keçən ay Azərbaycana səfərindən sonra Tehran rəsmiləri, eləcə də iranlı müxaliflər və farsdilli media tərəfindən daha intensiv bir şəkildə müzakirə olunur. Güney Azərbaycandan olan beynəxalq əlaqələr üzrə ekspert Rza Talıbi bu fonda qeyd edir: “Zəngəzur dəhlizi ilə əlaqədar İranda bir neçə arqument ortaya qoyulur. Biri odur ki, bunlar deyir bu koridorla İran-Ermənistan sərhədi bağlanacaq. Ancaq elə bir şey yoxdur. İkincisi, bunlar buna NATO-nun yaratdığı koridor deyirlər. Ayrıca, burada Azərbaycan  və Türkiyəni çox təsirli görürlər və deyirlər ki, bu, Turan koridoru olacaq və türk dünyasını bir-birinə bağlayacaq və İranın faydasına olmayacaq. İranın Zəngəzur məsələsinə fokuslanmasının bir səbəbi də, təbii ki, İran Azərbaycanı məsələsidir ki, bunu təhlükəsizlik məsələsi olaraq görür”. Talibi hesab edir ki, İran Zəngəzur dəhlizi ilə bağlı siyasi və iqtisadi fayda perspektivindən daha çox ideoloji əsaslı mövqe sərgiləyir. Onun sözlərinə görə, özəlliklə təhlükəsizlik və ya hərbi məsələlərdə bəzi İran müxalifətinin içərisindəki ifrat sağ və ya ifrat sol kəsimlərin söyləmi İslam Respublikasının söyləmi ilə üst-üstə düşür: “ O da müvəqqəti olur, yəni strateji mövqe deyil, taktiki olur. Ancaq Azərbaycan və Türkiyə məsələsinə gələndə 90 faiz bu müxalifət ideoloji davranan İran hakimiyyəti ilə eyni mövqedə olur və hərəkət edir. Ümumiyyətlə, İranın bəzi ideoloqlarının fikir təməli antitürk diskursdan təşkil olunur. Biz baxdığımız zaman Azərbaycan və Türkiyənin İrana digər qonşularından daha çox iqtisadi mənfəətləri olub və daha az konfliktə giriblər. Amma yenə də onlara qarşı bir mövqe var. Qarabağ savaşı və Azərbaycanın işğal olunmuş ərazi üzərində suverenliyini bərpa etməsindən sonra bunu daha ifrat şəkildə gördük”. Ancaq siyasi fəal Məcid Araz “Amerikanın səsi”nə açıqlamasında qeyd edir ki, artıq türk faktoru İran siyasətinə əhəmiyyətli dərəcədə yön verir: “Tehranın Azərbaycan Respublikası və Türkiyə ilə əlaqədar siyasətinə İranın içindəki türk məsələsi yön verir”.

Araz İran rəsmilərinin mövqeyinə diqqət çəkərək deyir ki, bu, yeni bir məsələ deyil: “ Bu, İranın Azərbaycan siyasətinin bir parçasıdır. Bu, Azərbaycanın müstəqilliyindən başlayıb, birinci və ikinci Qarabaş savaşları və ondan sonra Zəngəzur dəhlizi və digər məsələlərlə bugünə qədər gəlib çıxıb. Ümumiyyətlə, mən belə düşünürən ki, İranın Quzey Azərbaycan və Türkiyə ilə əlaqəli siyasətinə yön verən məsələ İranın içindəki türk məsələsidir”. Siyasi fəal bu məsələ ilə bağlı İslam Respublikasının mövqe və təpkilərinin qismən isterik, qismənsə rasional olduğunu önə çəkir: “İndi türk məsələsi bölgədə inanılmaz dərəcədə bir nöqtəyə gəlib. Artıq bir Türk ölkələri birliyi var. Bu birlik kültür həddini keçib, iqtisadiyyat həddini də keçib və hərbi işbirliyi həddinə gəlib. Qarabağ savaşı bunun ən açıq örnəyi idi. Hətta ortaq əlifba da ortaya çıxdı. Yəni İranın şimalında özlərinin Turan dedikləri məsələ bir şəkildə gerçəkləşir. Ölkənin daxilindəki türk məsələsi də artıq Təbrizi, Urmiyəni, Ərdəbili keçib Həmədana, Qəzvinə, Tehrana və Şiraza çatıb. Dolayısı ilə İranda hakim olan zehniyyət və sistem bu nöqteyi-nəzərdən böyük bir təhlükə hiss edir və o cəhətdən isterik təpkilər verir”. O, Məsud Pezeşkianın iyun ayındakı prezident seçkilərinə namizədliyinin təsdiqlənməsinə işarə edərək əlavə edir: “Bunlar sadəcə isterik və qeyri-iradi təpkilər vermir. Çalışırlar daha məntiqli və rasional təpkilər də versinlər. Misal üçün, Pezeşkian bunun bir nəticəsidir. Təbii ki, Pezeşkianın prezident olmasında başqa faktorlar da var. Amma ən önəmli faktorlardan biri rejimin türk məsələsindən qorxması və bu ehtiyacı hiss etməsidir ki, mən türkləri bir şəkildə öz yanıma çəkməliyəm və türklərdə rejimə qarşı meydana gələn bu dalğanı, bu enerjini bir şəkildə kontrol altına almalıyam... Pezeşkian kimi layihələr rejimə qısamüddətli olaraq qismi kontrol imkanı verər, amma uzun müddətdə məsələnin daha da genişlənməsinə və daha da yayılmasına səbəb olar. Necə ki, elə Pezeşkianla birlikdə türklük məsələsi Tehranın küçələrinə və İranın rəsmi siyasətinə daşındı. Bu önəmli bir şeydir”. Bu arada İran rəsmi dairələrinin Zəngəzur dəhlizinə “NATO dəhlizi” deməsi ilə NATO üzvü olan ölkələrin, o cümlədən Avropa İttifaqının Ermənistanda mənzillənmiş müşahidə missiyasının fəaliyyətinə susması arasında böyük suallar meydana çıxır. İran “NATO dəhlizi” ifadəsini ortaya atmaqla faktların manipulyasiyası ilə məşğul olur. ABŞ, Qərb faktiki olaraq Ermənistanda NATO bazasının yaradılması planları üzərində işlədiyini gizlətmir, Tehranın buna göz yumub, olmayan “NATO dəhlizi”ndən danışması isə olduqca qəribə görünür.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031