KÖHNƏ VERSİYA            

Bakı və Moskva Makronun həssas nöqtəsini tapdalamaqda davam edir...

Image

“Bütün dünya Livanı və Qərbin Ukraynada uzaqmənzilli raketlərlə bağlı qərarını seyr edərkən, Fransa Cənubi Qafqazda mövqelərini gücləndirməyə can atır. Paris Azərbaycanla diplomatiya səviyyəsində konfliktdədir, Gürcüstan indi bütün Qərb üçün “zəhərli ölkə” vəziyyətinə düşüb, ona görə də yeganə ehtimal, Nikol Paşinyan başda olmaqla, Rusiyadan incimiş Ermənistan Respublikasıdır”. Bu fikirlər Rusiyanın “Vesti Kavkaza” nəşrində yer alıb.

Nəşr xatırladır ki, ötən həftə Fransanın təmsilçisi Stefan Sejourne İrəvanda Ermənistana “Rusiyadan müdafiə” sözü verib: “O, İrəvanda demokratik dəyərlərin müdafiəsinə həsr olunmuş mətbuat konfransında çıxış edib. Sejourne İrəvana təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq,  Ermənistanın hakimiyyət və xalqına dəstəyini ifadə edib. Fransız təmsilçi  İrəvanın, maneələrin olmasına baxmayaraq, tədricən demokratiyaya doğru irəlilədiyini qeyd edib: “Fransa hər zaman sizin yanınızdadır, Ermənistan siyasi qüvvələr arasında razılığın əldə olunduğu bir neçə mövzudan biridir”.  Bəs, Fransa Ermənistanı necə dəstəkləyir? Sejourne Fransada  erməni konsensusundan danışanda yalan demir. Axı, istər iqtidaryönlü, istərsə də müxalifətçi Fransa siyasətçilərinin bəyanatlarını, hərəkətlərini təhlil etsəniz, əksəriyyəti Ermənistana rəğbət bəsləyir, onun anti-Azərbaycan və anti-Türkiyə siyasətini dəstəkləyir. Məsələn, 2022-ci il prezident seçkilərinin iştirakçısı olan İle-de-Frans əyalətinin rəhbəri, Respublikaçılar partiyasından Valeri Pekres Fransanın ən ermənipərəst siyasətçilərindən biridir. 2021-ci ildə o, Ermənistana gedib, həmçinin Qarabağ separatçılarının liderlərindən biri David Babayanla görüşmək üçün Laçın dəhlizi ilə Azərbaycana qanunsuz daxil olub. Pekresi senator Bruno Retaillo və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnier müşayiət edib. Siyasətçi vaxtilə bələdiyyə büdcəsindən separatçıların ehtiyacları üçün pul ayrılmasına nail olub. Sosialistlərdən Paris meri Ann Hidalqo da ermənilərə rəğbətini açıq şəkildə nümayiş etdirib. 2021-ci ilin iyununda Parisə gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə o, bəyan edib: “Biz həmişə Ermənistanın yanında olmuşuq və Ermənistan üçün bu çətin vəziyyətdə onu dəstəkləməyə davam edəcəyik. Əmin olun: biz Ermənistanı və erməni xalqını tənha qoymayacağıq”. İkinci Qarabağ müharibəsi zamanı Hidalqo sosial şəbəkələrdə “Paris ermənilərin tərəfindədir” demişdi. Fransa paytaxtı merinin müavini Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Ara Toranyanın qızı Anuş Toranyandır. 2022-ci ildə yenidən prezident seçilən Emmanuel Makron da Ermənistana simpatiyasını gizlətməyib. Təbii ki, o, Bakı ilə münasibətlərin kəsilməsinə gətirib çıxarmamaq üçün Azərbaycana qeyri-qanuni daxil olan Senatın və digər namizədlərin ifrata varmasından yayınsa da, bütün davranışı ilə İrəvanla həmrəy olduğunu nümayiş etdirdi. Məsələn, Paşinyanın Fransaya yuxarıda adı çəkilən səfəri zamanı Makron ermənicə Azərbaycanı öz qoşunlarını “Ermənistan Respublikasının suveren ərazisindən” çıxarmağa çağırıb, baxmayaraq ki, Azərbaycan ordusu heç vaxt suveren Azərbaycan ərazisini tərk etməyib. Başqa vaxtlarda Makron Rusiya və Türkiyəni “antierməni sui-qəsd”də günahlandırır və vaxtaşırı Bakıdan “Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verməyi” tələb edir, sanki bu təminatların çoxdan təmin olunduğunun fərqinə varmır. 

Maraq doğuran odur ki, Fransa niyə Ermənistanı dəstəkləyir? Gördüyünüz kimi, Makron hökumətinin dəstəyi Fransa siyasəti üçün müstəsna bir fenomen deyil. Yeganə fərq onun dərəcəsindədir. Makron Bakıya qarşı sanksiyalar tətbiq etmək risqinə getməsə də, onun opponentləri Qarabağ separatçılarının müstəqilliyinin tanınmasına çağırış etməkdən çəkinməyiblər. Ermənipərəst mövqenin səbəbi daha çox Marsel, Paris, Lion və Valensdə böyük erməni icmasının olması ilə bağlıdır. Müxtəlif hesablamalara görə, Fransada 600 minə yaxın erməni yaşayır. Bundan başqa, fransız katolikləri istər Yaxın Şərqdə, istərsə də Qafqazda xristianların müdafiəsi məsələsinə həssas yanaşırlar. Konkret olaraq Makron hökumətindən danışsaq, üçüncü faktoru geosiyasət kimi müəyyən etmək olar. Ukraynadakı münaqişə səbəbindən Moskva ilə Paris arasında münasibətlər pisləşib. Makron tez-tez NATO-nun Rusiya əleyhinə siyasətinin “qırğısı” kimi çıxış etməyə çalışır. Bu il Ukraynaya alyans qoşunlarının göndərilməsinə çağıran da məhz o idi. Fransa prezidenti hesab edir ki, Ukraynanın məğlubiyyəti Avropa İttifaqının məğlubiyyəti deməkdir və Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə uzaq məsafədən zərbələr endirməsinə icazə verilməsini dəstəkləyir. Makron Ukraynadan başqa, Afrikaya görə də Rusiyaya qarşı kin bəsləyir. Moskva fransızların qovulduğu ölkələrə - Mali, Niger və Burkina Fasoya daxil olur. Rusiya ilə geosiyasi qarşıdurmanı nəzərə alaraq, Makron Kremlin təsirini zəiflətmək üçün istənilən anti-Rusiya qüvvələri və hərəkatları dəstəkləyəcək.  Fransa siyasəti Ermənistanda birtərəfli olsaydı, heç bir təsiri olmazdı. Amma İrəvanın özü Fransa və Avropa İttifaqına əl uzadır. Paşinyan Aİ ilə Ermənistan arasında viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlandığını elan edib. Paşinyan həmçinin qeyd edib ki, Ermənistanda respublikanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr davam edir. Ölkənin Mərkəzi Seçki Komissiyası İrəvanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsinə icazə verib. Səsvermə bu il sentyabrın 16-dan noyabrın 14-dək nəzərdə tutulub. Aydındır ki, indi heç kim Ermənistanla üzvlüklə bağlı danışıqlara başlamayacaq. Bundan əvvəl bir sıra prosedur və mərhələdən keçməlisiniz. Ən azı, hələ də Aİ üzvlüyünə namizəd olmalısınız. Lakin Paşinyan artıq İrəvanın siyasətinin ümumi inkişaf istiqamətini aydın şəkildə göstərib. Fransa bu kursu dəstəkləyir. Üstəlik, Paris faktiki olaraq İrəvanı öz qanadı altına alır, onu silahla təmin edir və “Rusiyadan qoruyacağına” söz verir. Ermənistan hələ də formal olaraq KTMT və Aİİ-nin üzvü olaraq qalır. Avropayönlü addımlarla bu postsovet strukturlarında iştirak getdikcə daha çox suallar doğurur. Həm Aİİ/KTMT, həm də NATO/Aİ üzvlüyünü birləşdirmək mümkün deyil və Ermənistan üçün iqtisadi və hərbi təhlükəsizliyin təminatlarına həmişə ehtiyac var. Ona görə də, görünür, Paşinyan Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını Fransa-NATO hərbçilərinin oraya gəlişi ilə sinxronlaşdırmağa çalışacaq”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031