KÖHNƏ VERSİYA            

Dünyaya inteqrasiya siyasəti Azərbaycanı beynəlxalq aləmdə daha güclü mövqe sahibinə çevirir...

Image

Dövlətlər və təşkilatlar arasında qarşılıqlı asılılıq müasir dünyanın əsas fenomenlərindən birinə çevrilib. Qloballaşma belə bir həqiqəti göstərdi ki, heç bir ölkə müasir dünyanın çağırışlarının öhdəsindən təkbaşına gələ bilməz.

Qloballaşma şəraitində davamlı inkişafa yalnız güclü inteqrasiya birlikləri sayəsində təminat vermək olar. Beləliklə, inteqrasiya problemlərinin aktuallığını yeni müstəqil dövlətlərin yaranması və dünya boyu siyasi, iqtisadi əlaqələrin qloballaşması nəticəsində yaranmış hazırkı yeni vəziyyət müəyyən edir. 

Azərbaycan inteqrasiya proseslərinin liderlərindən və fəal, ardıcıl təşkilatçılarından biridir

Azərbaycan mövcud olduğu regionda, eləcə də dünyada inteqrasiya proseslərinin liderlərindən və fəal, ardıcıl təşkilatçılarından biridir. İnteqrasiya proseslərinin inkişafı iqtisadi, siyasi, sosial problemlərin həllinə, iqlimin yaxşılaşdırılmasına, çoxlu ümumi cəhətlərə malik olan xalqların dostluğunun möhkəmlənməsinə imkan verir. Qlobal məkana daxil olmağa diqqət yetirən Azərbaycan  ümumi dünya əmək bölgüsündə layiqli yer tutmaq, beynəlxalq nüfuzunu və təsirini gücləndirmək üçün dövlətlərarası ölkələrin yeni innovativ əməkdaşlığının üstünlüklərindən tam istifadə etməyə çalışır. 

Bəllidir ki, ötən əsrin sonundan dünya inkişafı proseslərini xarakterizə edən əsas konsepsiya məhz qloballaşma olub. Onun mahiyyəti insanlar və dövlətlər arasında qarşılıqlı əlaqələrin genişlənməsindən ibarətdir ki, bu da planetar informasiya məkanının formalaşması proseslərində, ekoloji, millətlərarası və konfessiyalararası problemlərin həllində yeni qarşılıqlı əlaqələrdə ifadə olunur. Qloballaşma mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşmasını, beynəlxalq normaların təsdiqini və fərdi hüquqlara hörməti təşviq etmək üçün nəzərdə tutulub. Eyni zamanda xalqların kimliyini və onların xüsusi mentalitetini qoruyaraq, mənəvi və siyasi standartlaşmaya imkan vermir. Qloballaşma həmçinin insan icmalarının qarşılıqlı əlaqəsi və inteqrasiyasının bir çox digər aspektlərini də əhatə edir. Daha yüksək səviyyəli beynəlxalq münasibətlərdə transmilli strukturların və iştirakçıların rolu buna misal kimi göstərilə bilər. Hüquq normalarının, sosial standartların universallaşdırılması daha bir nümunədir. Ümumiyyətlə, qloballaşma getdikcə intensivləşən inteqrasiyadır. Bu, geniş mənada milli iqtisadiyyatların birləşməsi nəticəsində yaranan qlobal sistem deməkdir. Bu, kapitalın məhdudiyyətsiz köçürülməsinə, tarif maneələrinin azaldılmasına və malların, kapitalın, rabitə və məlumatların toplanmasının liberallaşdırılmasına əsaslanır.  Qloballaşma prosesi ölkələrin sosial və iqtisadi inkişaf səviyyələrini regional assosiasiyalar çərçivəsində bir araya gətirərək iqtisadi sərhədlərin aşınmasına gətirib çıxarmağa hesablanıb. Qloballaşma reallıqlarında həlledici əhəmiyyət kəsb edən maliyyə-iqtisadi meyarlardır. Ölkə iqtisadiyyatı nə qədər güclü, dayanıqlı və rəqabətədavamlı olarsa, onun qloballaşma prosesində iştirakı bir o qədər inteqrasiyalı olarsa, beynəlxalq aləmdə mövqeyi bir o qədər möhkəm olar.  Burada xatırladaq ki, 20-ci əsrdə milli dövlətin əhəmiyyəti yenidən qiymətləndirildi. Elə bu fonda dünya birliyinin bir hissəsi kimi region modeli getdikcə populyarlaşır. Beynəlxalq təcrübə göstərir ki, inteqrasiya meylləri dərinləşdikcə konkret regionun əhəmiyyəti və xüsusi çəkisi arta bilər. 

Texnoloji tərəqqi inteqrasiya prosesini daha da sürətləndirir 

Ötən əsrin sonunda  regional iqtisadiyyatların sürətli inkişafı və rəqabətin artması üçün inteqrasiya mühüm alətə çevrildi. İnteqrasiya həm də muxtar vəziyyətdə olan sistemin hərəkəti və inkişafı prosesidir ki, onun iştirakçıları arasında əlaqə möhkəmlənir. Bu zaman əvvəlki sistemdə mövcud olmayan yeni qarşılıqlı əlaqə formaları meydana çıxır. Bununla bağlı o, inteqrasiyanın üç meyarını xüsusi qeyd etmək mümkündür: 1) dövlətlər arasında mövcud olan əlaqələr; 2) inteqrasiya proseslərində idarəetmə, inteqrasiya kompleksində məqsədyönlü hərəkətlər və tənzimləmə; 3) inteqrasiya kompleksində bütöv və özəl struktur elementləri arasında əlaqə.

Bunlar fonunda inteqrasiya ilk növbədə dövlətlərin iqtisadi cəhətdən möhkəmlənməsinə mühüm töhfələr verir. Məsələ burasındadır ki, dünya iqtisadiyyatı bütöv mürəkkəbliklər və ziddiyyətlər sistemidir, subyektləri təbii-coğrafi, siyasi, iqtisadi, sosial və tarixi şəraitdə fərqlənən dövlətlərdir. Hər bir ölkə özünəməxsus şəkildə unikaldır və dövlətlər arasında əməkdaşlığı getdikcə daha da inkişaf etdirərək dünya iqtisadiyyatına müəyyən töhfələr verir. Qeyd edək ki, dinamik dəyişən dünyanın xüsusiyyətlərindən biri regional səviyyədə siyasi, iqtisadi və digər əlaqələrin inkişafıdır. Burada nəzərdə tutulan bəzi qlobal inkişaf problemlərinin həlli üçün koordinasiya səyləri deyil, xarici dünya ilə dialoqda kollektiv tərəfdaşlıq sxemlərinin formalaşdırılması modelləridir. Ölkələrin dünya birliyinə inteqrasiya prosesi iki istiqamətlə səciyyələnir: dünya iqtisadiyyatına inteqrasiya və iqtisadi artıma nail olmaq vasitəsi kimi getdikcə populyarlaşan regional iqtisadi birliklər. Dünya iqtisadiyyatının inkişafı ilə xarici ticarət dövriyyəsinin böyük hissəsi iqtisadi inkişaf səviyyəsi yüksək olan, təxminən eyni təbii-iqlim şəraitində yerləşən ölkələrin payına düşür. Hər bir ölkənin iqtisadi əlaqələrin inkişafındakı yeri idxal və ixrac arasındakı əlaqə ilə müəyyən edilir, burada dövlətin sosial-iqtisadi inkişafı nəticəsində onun ixrac imkanları müəyyənedici rol oynayır, səviyyəsi iqtisadiyyatın əsas göstəriciləri ilə əks olunur. Ölkənin iqtisadi inkişaf səviyyəsi nə qədər yüksək olarsa, əmək məhsuldarlığı da bir o qədər yüksək olarsa, beynəlxalq mübadilə üçün təklif olunan məhsulların istehsal xərcləri bir o qədər aşağı olur. Buna görə də inkişaf etmiş iqtisadiyyata malik ölkələr iqtisadi inkişaf səviyyəsi və əmək məhsuldarlığı aşağı olan ölkələrlə müqayisədə üstünlük təşkil edir. Bununla belə, istənilən ölkə, hətta iqtisadiyyatı ən aşağı səviyyədə olsa belə, müəyyən əmtəə istehsal edə bilər ki, onların xərcləri müxtəlif səbəblərdən iqtisadi inkişaf səviyyəsi yüksək olan ölkədəkindən aşağı ola bilər. Beləliklə, beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında sərfəli əmtəə mübadiləsi ölkələr arasında müxtəlif iqtisadi əlaqələrin əsasını təşkil edir. XX əsrin son onilliyi inteqrasiya prosesində heyrətamiz sürətlənmə ilə yadda qaldı. Ölkələr arasında informasiya, ideya, texnologiya, əmtəə, xidmət, kapital, resursların mübadiləsi, birgə fəaliyyət sayəsində iqtisadi sistemlərin və cəmiyyətlərin artan qarşılıqlı əlaqəsi, şübhəsiz ki, daha geniş inteqrasiya prosesinə - dünya iqtisadiyyatının qloballaşmasına gətirib çıxarır. .İnternetin yaranması və texnoloji tərəqqinin intensivləşməsi qloballaşmanın ən bariz və parlaq nümunəsinə çevrilib və bununla da xüsusilə rabitə texnologiyaları sahəsində inanılmaz dəyişikliklərə səbəb olub. İnteqrasiya iqtisadi inkişaf və yoxsulluğun azaldılması üçün müsbət amildir. Regional inteqrasiyaya gəlincə, bu, yeni hadisə deyil. O da həqiqətdir ki, müxtəlif dövrlərdə ya sürətlənib, ya da yavaşlayıb. 20-ci əsrin əvvəllərində inteqrasiya baş verdi, lakin müxtəlif müharibələrin başlaması və kəskin iqtisadi tənəzzül ölkələri dünya bazarlarından geri çəkilməyə məcbur etdi. Bu gün artan inteqrasiya inkişaf etməkdə olan ölkələr üçün geniş imkanlar təqdim etməklə yanaşı, bu ölkələr üçün də ciddi risklər yaradır. İnteqrasiya prosesinin məqsəd və vəzifələrinə nail olmaq üçün ölkələrə əlavə institusional strukturlar və siyasətlər lazımdır. Azərbaycan inteqrasiya prosesində bütün bunları nəzərə alır.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031