KÖHNƏ VERSİYA            

Baş nazir hökumətin qarşısında duran əsas vəzifələri açıqladı...

Image

Hökumət qarşısında duran əsas vəzifələr açıqlanıb. Bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, ötən dövrdə olduğu kimi, növbəti illərdə də “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurlu icrası və tələb olunan maliyyə vəsaitinin ayrılması vacib vəzifələrdən hesab olunur.

"Strategiyanın icrasında aidiyyəti qurumlar öz üzərinə düşən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməlidirlər.

Bu istiqamətdə nəzarət daha da gücləndiriləcək.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa edilməsi ən əsas vəzifələrdən biridir. Bu, ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafında “stimullaşdırıcı multiplikator” rolunu oynacaq. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası prioritet istiqamət olaraq diqqət mərkəzində saxlanılacaq.

Cənab Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq proqramın icrasını ciddi diqqətdə saxlamalı, tapşırıqların yerinə yetirilməsinə mütəmadi olaraq bilavasitə yerində - yəni Naxçıvana səfər etməklə dəstək verməli və nəzarət etməlidirlər.

Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq.

Dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində olacaq.

Bərpa olunan enerji mənbələrinin, xüsusən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcək.

Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcək.

Yeri gəlmişkən işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri də həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir.

Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar öz məsuliyyətlərini dərk edərək, fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər.

Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

Əminəm ki, tədbir Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəkdir.

Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.

Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər.

Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər.

Qlobal bazarlarda baş verən hadisələr və çağırışlar nəzərə alınmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsi, özünütəminat səviyyəsinin yaxşılaşdırılması, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacaqdır.

Dövlət investisiyalarının effektivliyinin artırılması, özəl investisiyaların təşviqi və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı istiqamətində işlər davam etdiriləcək, bu çərçivədə vergi güzəştlərinin verilməsi dəstəklənəcəkdir.

Ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının real artım tempinin 5%-i üstələməsinə nail olunması, habelə kənd təsərrüfatı və qeyri-neft sənayesi kimi sahələrin bu artıma töhfəsinin yüksəlməsi üçün lazımi tədbirlər görüləcəkdir.

Yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

Dövlət başçısının ölkəmizdə humanitar sahədə, xüsusilə də təhsil sahəsində genişmiqyaslı islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq, milli təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan fəaliyyət davam etdiriləcəkdir.

Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar davam etdiriləcəkdir. 2025-2028-ci illər ərzində “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur. Bir sözlə büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə isifadəsinə nəzarət və səmərəlilik gücləndiriləcəkdir.

Son illər ərzində büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmışdır. Belə ki, hesabatda 125 ölkə arasında Azərbaycan 44-cü yerdən 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Bu istiqamətdə görülən işlər davam etdiriləcəkdir.

Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.

Borclanma strategiyasına uyğun olaraq fiskal və monetar siyasətin sıx koordinasiyası ilə daxili maliyyə bazarının inkişafı istiqamətində işlər davam etdiriləcəkdir.

Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaqdır.

Bu xüsusda “Qiymət İzləmə Tətbiqi” sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031