KÖHNƏ VERSİYA            

BMT-nin islahat paktı qəbul olundu, Rusiya TŞ-də qərarlara daha veto qoya bilməyəcək...

Image

Abutalıb Səmədov: "TŞ-nin beş üzvdən ibarət olması ədalətsizlikdir, orada ən azı Afrikanın, Latın Amerikasının, Asiya və Sakit okean ölkələrinin təmsilçiliyi təmin edilməlidir"

Məlum olduğu kimi, son illər Rusiya BMT Təhlükəsizlik Şurasının üzvu kimi öz veto hüququndan sui-istifadə edərək, beynəlxalq təhlukəsizlik sisteminə ciddi təhdidlər yaradırdi. Bu, BMT TŞ-nın digər üzvlərini, o cümlədən bundan zərər çəkən ölkələri narahat edirdi. Axır ki, bu məsələ də bazar günü öz həllini tapdı.

Belə ki,  Rusiyanın müqavimətinə baxmayaraq, Almaniyanın rəhbərliyi altında hazırlanmış BMT-nin islahat planı Nyu-Yorkda keçirilən Gələcək Sammitində təsdiqləndi. BMT Baş Assambleyasının prezidenti Filemon Yanq bazar günü, sentyabrın 22-də Gələcəyin Paktının qəbul edildiyini bəyan etdi.

Rusiya yekdilliklə qəbul edilməli olan sazişdən uzaqlaşdı. Paktın təsdiqi mərasiminin əvvəlində Moskvanın nümayəndəsi - Rusiya Federasiyası Xarici işlər nazirinin müavini Sergey Verşinin plandan kənar çıxış etməyi xahiş etdi və sənədin mətninə əlavə dəyişikliklərin edilməsinin zəruriliyini bildirdi. Lakin bu mətn aylar ərzində aparılmış məsləhətləşmələr zamanı əvvəlcədən razılaşdırılmışdır. Rusiya nümayəndəsi səsvermə olmadan həyata keçirilməli olan sənədin bütün 193 ölkə tərəfindən rəsmi təsdiqini sual altına qoymağa çalışıb. Eyni zamanda, Verşinin Rusiyanın, tələb etdiyi düzəliş Gələcəyin Paktı mətninə daxil edilməsə, "bu sənəd üzrə konsensusdan uzaqlaşacağı" ilə hədələyib. Bundan sonra Konqo nümayəndəsi Rusiyanı dəstəkləyən qondarma vəsatət təqdim etdi və 143 ölkə Rusiyanın müraciətinə baxmamağa və bununla da onu rədd etməyə səs verdi. Rusiyadan başqa, Belarus, Nikaraqua, Şimali Koreya və Suriya buna qarşı çıxıb.

Bir az sonra BMT sammitinin iştirakçıları Gələcəyin Paktını rəsmən qəbul etdilər. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, sənəd “sülh və təhlükəsizlik naminə yeni imkanlara və şanslara yol açır”. O əlavə edib ki, bu, beynəlxalq əməkdaşlığın islahatı və daha ədalətli dünyaya doğru atılan mühüm addımdır.

Bununla bağlı əsas sənəd Almaniya və Namibiyanın vasitəçiliyi ilə hazırlanmış Gələcəyin Paktıdır. O, davamlı inkişaf, beynəlxalq təhlükəsizlik, elm, texnologiya və innovasiya sahəsində əməkdaşlıq, gənclər, gələcək nəsillər və qlobal idarəetmənin transformasiyası mövzularını əhatə edir. Sənədin bəndləri üzrə müzakirələr 2024-cü ilin əvvəlindən davam edir.

Bundan əvvəl təşkilatın baş katibi BMT-də islahatlara çağırıb. Quterreşin fikrincə, bu, dövlətlər birliyinin çoxsaylı böhranlar və müharibələr qarşısında hərəkət etmək, həmçinin dünyada daha böyük ədalətə nail olmaq üçün daha çox imkanlara malik olması üçün lazımdır. BMT-də islahatların aparılması zərurəti və xüsusən də Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi tələbləri Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda güclənib və əksər dünya dövlətlərini narahat edən məsələdir. Bu qərardan sonra nələrin dəyişəcəyini bizim üçün siyasi şərhçi Abutalib Səmədov aydınlaşdırdi. A.Səmədov bildirdi ki, bu sammitdə dövlət və hökumət başçıları, QHT nümayəndələri və digər şəxslərdən ibarət 7 minə yaxın siyasətçi iştirak edirdi: "Bu sammitdə Gələcəyin Pakti, qlobal rəqəmsal müqavilə və gələcək nəsillər haqqında bəyannamə qəbul edildi. Bu sənədlər çox mühum məsələləri əhatə etdir: sülh və təhlükəsizlik: dayanıqlı inkişaf; iqlim dəyişiklikləri; gendər bərabərliyi; rəqəmsal sahədə əməkdaşliq; gələcək nəsillərlə bağlı məsələlər və s. Bunların çoxu, təbiidir ki, arzulardir, gələcəklə bağlı düşüncələrdir. 143 dövlət sənədin lehinə səs verdi, Rusiya və onun ətrafinda olan 6 dövlət etiraz etdi, 15 dövlət isə bitərəf qaldı. Rusiyanin ətrafında olan dövlətlər İran, Sudan, Nikaraqua, Belarus və s.-dir. Onların əsas narazılığı BMT-nin dövlətlərin daxili işinə qarışmaması ilə bağlı verdikləri təklifin qəbul edilməməsi oldu. Rusiya ətrafında olan 6 dövlətlə birlikdə buna etiraz etdi. Gələcəyin Paktı və onunla yanaşı qəbul edilən iki sənəddə mühüm müddəalar kifayət qədərdir. Ancaq hamınin diqqətini çəkən beynəlxalq təşkilatlarda islahatların keçrilməsi, ilk növbədə BMT və onun TŞ-sının keyfiyyət dəyişikliklərinə məruz qalması məsələsi idi. Ən yüksək səslə bu məsələyə etiraz edənlər içərisində Türkiyə də var. Ərdoğanin "dünya beşdən böyükdür" bəyanatını hamı xatırlayır. Az öncə dəfələrlə Azərbaycan prezidenti də islahatların keçirilməsinin zəruri olduğunu qeyd edib və mövcud beynəlxalq sistemin səmərəsiz olduğunu vurğulayib. Məsələn, BMT TŞ-nin Azərbaycan haqqında qəbul etdiyi 4 qətnamə təxminən 30 il icra edilmədi. Bunun özü beynəlxalq sistemin nə qədər naqis olduğunun bariz nümunəsidir. Azərbaycan ən çox islahatların zəruri olduğunü öz üzərində hiss edən dövlətlərin başında gəlirdi.

Bunu reallaşdırmaq mümkün olacaqmı?

Gələcəyin Paktında nəzərdə tutulur ki, birincisi, nümayəndəlik məsələsinə yenidən baxılsın. TS-nin beş üzvdən ibarət olması ədalətsizlikdir, orada ən azı Afrikanın, Latın Amerikasının, Asiya və Sakit okean ölkələrinin təmsilçiliyi təmin edilməlidir. Bunun necə baş tutacaği hələ dəqiqləşdiriləcək. BMT TŞ-nın daimi üzvləri nə qədər olmalıdir, daimi olmayan üzvlərın sayına yenidən baxmağa ehtiyac varnı, yoxsa olduğu kimi on dövlətin təmsilçiliyi saxlanılmalıdırmı, bunlar müzakirəsini gözləyən məsələlərdir.

BMT TŞ-nin veto hüququna da yenidən baxmaq zəruri sayıldı. Çünki üzvlərin veto hüququnun olmasi BMT TŞ-nı tam fəaliyyətsiz bir quruma çevirir. İndiki şəraitdə TŞ üzvləri arasında mövcud ziddiyyətləri, onun iki yerə parçalandığını nəzərə alsaq, TŞ-nin mühüm məsələlər üzrə qərar qəbul etməsi mümkünsüz olur. Gələcəkdə də bu çox ciddi problemlər yarada bilər. Ona görə də veto hüququnun məhdudlaşdirilmasına baxılması qərara alındi. Lakin bunun mexanizminin formalaşdırilmasi üçün müzakirələr keçirilməli, yollar axtarılmalıdır.

Gələcəyin Paktında əslində BMT və onun TŞ-da gələcəkdə aparılacaq islahatların istiqaməti, zəruri olan addımlar göstərildi. Ancaq hələ işin əsas hissəsi qarşıdadır, əsas məsələlər irəlidədir, mümkün olacaqmı, demək çətindir. Rusiyanın buna müqavimət göstərməsi prosesi ləngitməyəcəkmi? Çünki Rusiya BMT-ni yaradan əsas dövlətlərdən biridir. Kimin hansi mövqe tutacağı islahatların baş tutma müddətini müəyyən edəcək. Mümkundur ki, müzakirələr sonsuza qədər davam etsin və qərar qəbul edilə bilməsin. Bu, BMT-nin praktikasında olub. Ümid edək ki, bu sammitdə qəbul edilən qərarlar tezliklə icra ediləcək. Amma bir şey aydindir ki, dünyanin əksər ölkələri, hətta Rusiya da islahatların zəruriliyini qeyd elədi, baxmayaraq ki, Rusiya iki sənədə etiraz etdi. Yəni hamı islahat istəyir, amma görünən odur ki, proses ağrıli keçəcək və xeyli vaxt alacaq".

Dəniz NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031