Şahdağa qar yağıb - faktiki hava şəraiti açıqlandı
Sentyabrın 24-ü saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.