Türkiyə və Şimali Kipr mediası Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışını geniş işıqlandırıb
Türkiyə və Şimali Kipr Türk Respublikasının aparıcı mediası Azərbaycan Prezidenti İlham Əliyevin yeddinci çağırış Milli Məclisin birinci iclasındakı çıxışını geniş işıqlandırıb. Belə ki, dost ölkələrin telekanalları, informasiya agentlikləri, qəzetləri və xəbər portalları Azərbaycan liderinin Ermənistanı silahlandıran ölkələrə etdiyi xəbərdarlığı diqqət mərkəzində saxlayıb.
Türkiyə və Şimali Kipr media strukturları Azərbaycanın dövlət başçısının Ermənistanı silahla təchiz edən ölkələrin ikiüzlülüyü və regionda gələcək hadisələrə görə bilavasitə məsuliyyət daşıması barədə sözlərini sitat gətiriblər.
Mətləb