KÖHNƏ VERSİYA            

Erməni puluna oynayan konqresmenlər cəfəng təşəbbüslərlə Azərbaycana qarşı yeni kampaniyaya start verdilər...

Image

Erməni lobbisinin, diaspor qüvvələrinin təsiri altında fəaliyyət göstərməsi  ABŞ Konqresinin daim əsas problemlərindən biri olub. Eyni zamanda bu hal yenə ABŞ Konqresinin nüfuzuna ciddi xələl gətirən məqamlardan biridir. Bunlar fonunda Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff və bir sıra digər konqresmenlər tərəfindən 2024-cü il üçün “Artsax Gəlirlərinin Bərpası Aktının" 18 sentyabrda qəbul edilməsinə dair təklifi Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarından çox, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid olmaqla yanaşı, həm də erməni sifarişinin icrasına növbəti cəhd oldu. 

Müvafiq layihənin təqdimatında Adam Şiff hər cür hədyanlar və yalanlar səsləndirdi, erməni diasporunun pulu və dəstəyi üçün hər cür yalan danışmağa hazır olduğunu göstərdi. Məsələn, o iddia edir: “Azərbaycanın Artsax xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. Biz cavabdehlərin məsuliyyətə cəlb olunmasını və Artsaxın günahsız qurbanlarının böyük itkilərinin ödənilməsini təmin etməliyik. Mənim qanunvericiliyim Azərbaycanın təcavüzü nəticəsində hər şeyini itirmiş şəxslərin ədalət mühakiməsi və maliyyə bərpası mexanizmini təmin edəcək”. Amma Azərbaycanın ABŞ tərəfindən də tanınan ərazi bütövlüyünü bərpa etdiyini Adam Şiff heç nəzərə almaq istəmir. Erməni işğalına ümumiyyətlə əhəmiyyət vermir. Əksinə, Amerika Erməni Milli Komitəsinin (ANCA) təsiri altında hər cür böhtana yol verir. Bu xüsusda Şiff və digər bəzi konqresmenlər Azərbaycana qarşı ağlasığmaz tələblər səsləndirir. Məsələn, qeyd edilir ki,   Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verilməlidir.   Qanunun qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Bunun ardınca  “Artsax Gəlirlərinin Bərpası Fondunun” yaradılması həyata keçirilməlidir. Özü də bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini almalı, daha sonra bu vəsaitlər Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edilməlidir.  Burada xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Bunu çoxsaylı faktlar da sübut edir. Hərbçilərimiz 24 saatdan da az çəkən antiterror əməliyyatını əsl zərgər dəqiqliyi ilə icra etdilər. Nəticədə yalnız hərbi təyinatlı obyektlər, yəni silah anbarları, atəş mövqeləri və nöqtələri vuruldu, eyni zamanda, xeyli sayda terrorçu həbs edildi. Əməliyyatın digər unikallığı onda idi ki, mülki infrastruktura və Qarabağın erməni əhalisinə heç bir ziyan dəymədi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi Qarabağdan erməni əhali­nin köçündə heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi böl­gədə yaşayan erməni əhalinin re­inteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənista­nın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtara­raq, ölkənin sosial-iqtisadi və icti­mai-siyasi həyatına qovuşdurmaq idi. İşğal bitdikdən sonra Azər­baycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğu­nu bildirib. Amma bütün bunlara baxmayaraq, ermənilərin özlərinin təxribatları ötən ilin 19–20 sentyabr ha­disələrinin baş verməsini şərtlən­dirdi. Ancaq bu zaman da mülki əhaliyə heç bir xətər yetirilmədi. 44 günlük Vətən müharibəsi za­manı olduğu kimi, lokal xarakterli antiterror tədbirləri də beynəlxalq humanitar hüquqa uyğun aparıldı. Bu zaman, yuxarıda qeyd olunduğu kimi, mülki şəxslər və infrast­ruktur obyektləri hədəfə alınmadı. Azərbaycan antiterror tədbirləri zamanı mülki əhalinin və obyektlərin zərər çək­məməsi məsələsində də dünyaya nümunə göstərdi. Bununla bağlı prezident İlham Əliyev 2023-cü il noyabrın 20-də İraq prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra mətbuata verdiyi bəyanatda bu barədə dedi: “Bizim səbrimiz sentyabr ayında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren əra­zimizdə antiterror tədbirləri apar­dıq. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasın­da itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdik­lərimizə münasibətdə bu antiterror tədbirləri mülki əhali arasında hər­bi əməliyyatları itkisiz necə apar­maq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır”. Amma bu reallıqları erməni pulu və dəstəyi ilə fəaliyyət göstərənlər, o cümlədən də Adam Şiff görmək istəmir. 

Onu da xatırladaq ki, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar. Məsələn, bir müddət öncə konqresmen Adam Şiff və 47 tərəfdarı dövlət katibi Entoni Blinkenə məktub yazaraq “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə “narahatlıqlarını” bölüşmüşdülər. Bundan başqa, ABŞ Konqresinin 26 nəfərlik heyəti   ABŞ dövlət katibi Entoni Blinkenə və ABŞ prezidentinin baş müşaviri Con Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər. Bu dəfə isə yenə əndazəni aşan Adam Şiff və onun kimilər iddia edirlər ki,  ABŞ-dakı azərbaycanlılara məxsus şəxsi aktivləri ələ keçirmək və “Artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək” lazımdır.  “Köçkün ermənilərin” fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılması da təkliflər sırasındadır. 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” konqresmenlər Frank Pallone, Anna Eşu, Qeyb Amo, Coys Biti, Cim Kosta, Coş Gottheimer, Duq LaMalfa, Ses Magaziner, Ceyms Makqovern, Qreys Meng, Kevin Mallin, Qreys Napolitano, Elyanor Holms Norton, Jan Şaakovski, Linda Sançez, Bred Şerman, Dina Titus və Lori Trahan tərəfindən dəstəklənir. Onların erməni lobbsinin fəal üzvləridir və erməni diasporundan külli-miqdarda pul alırlar. Məsələn, Şiff 2011-ci ildə erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə “Mxitar Qoş” ordeni, 2021-ci ildə isə “Dostluq” ordeninə layiq görülüb. Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. Erməni diasporunun maliyyə və digər yardımlarından geniş istifadə edir. “Artsax Gəlirlərinin Bərpası Aktı”nı dəstəkləyənlər də bu və ya digər şəkildə erməni diasporundan faydalalnalr arasındadır. Amma o da nəzərə alınalıdır ki,  bütün bunlar konqresmenlərin özfəaliyyəti deyil. Hesab olunur ki, onlar Bayden administrasiyasının təlimatları əsasında bu təşəbbüsləri qaldırırlar. Başqa sözlə desək, bütün bu oyunların arxasında Bayden administrasiyası dayanır. Bununla da, əslində, Azərbaycana qarşı qarayaxma kampaniyasının ABŞ-da dövlət səviyyəsində həyata keçirildiyi müşahidə olunur. Ancaq bu durumda ABŞ Cənubi Qafqazda öz mövqeyini sarsıdır.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031