KÖHNƏ VERSİYA            

Fransa və ABŞ Cənubi Qafqazı yenə qan çanağına çevirməyə can atır...

Image

Cənubi Qafqazda sülh üçün əlverişli imkan yaransa da, regiondan kənarda yerləşən bəzi qüvvələrin qərəzli mövqeyi üzündən   bundan yararlanmaq müşkül məsələyə çevrilib. Məsələn, ABŞ və Fransadan Ermənistana göstərilən irimiqyaslı iqtisadi yardımlar, bu ölkənin silahlandırılmasının sürətlə davam etməsi sülh ümidlərini sıradan çıxarır. 

Qeyd edək ki, Ermənistanın silahlandırılması məsələsində əvvəl daha çox Fransa ön mövqedə idi. İndi Fransa ilə yanaşı, ABŞ da aktiv rol alıb. Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa hazırlayır, ABŞ isə bu prosesə açıq dəstək verir. Deməli, bu ölkələrin fəaliyyəti regionda sülhə indi ən böyük təhdiddir.  Xüsusən də ABŞ-ın son addımları onu neoimperialist siyasətini indi də Cənubi Qafqazda reallaşdırmağa çalışmasının göstəricisidir. ABŞ və Fransa yaxşı bilirlər ki, Ermənistana ötürdükləri  silahlar işğalçılıq siyasətinin həyata keçirilməsi məqsədini güdür. Məlum olduğu kimi, silah və sursat ixracı beynəlxalq ticarətin əhəmiyyətli sahəsi olaraq, hər bir suveren dövlətin daxili işidir. Ancaq silah satan ölkə bu cür əməliyyatlar zamanı bu silahların münaqişə zonalarında potensial olaraq beynəlxalq hüquqazidd tətbiqini, silah alan dövlətin yürütdüyü aqressiv siyasəti, silahların kimə qarşı tətbiq edilə biləcəyini və sair amilləri mütləq şəkildə diqqətə almalıdır. Lakin ABŞ və Fransa bunu nəzərə almır. Əksinə, Fransa lisenziyası altında istehsal olunan Hindistan silahlarının da Ermənistana ötürülməsi prosesini intensivləşdirir. Halbuki, Ermənistana silah satan hər bir dövlət ilk baxışdan ticarət əhəmiyyəti daşıyan, ancaq mahiyyətcə regionda sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan silah ixracına imperativ xarakterli öhdəliklər nöqteyi-nəzərindən yanaşmalıdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ermənistan məlum məğlubiyyətdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib, hətta baş nazir Nikol Paşinyan ərazi bütövlüyümüzü rəqəmlərdə ifadə edib. Belə olan halda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına prinsipial maneə qalmayıb. Sadəcə, Ermənistan konstitusiyası burada başlıca maneədir. Lakin reallıqda ABŞ və Fransa başda olmaqla, regionda maraqları olan subyektlər Bakı ilə İrəvan arasında sülhə özlərinin Cənubi Qafqazdakı mənafelərinin sonu kimi baxırlar. Ermənistanın qütblərarası ziddiyyət nöqtəsinə çevrilməsi, erməni cəmiyyətində revanş əhvali-ruhiyyəsi Qərbin niyyətləri ilə üst-üstə düşür. Bu da region üçün müsbət heç nə vəd etmir. Bunu bilə-bilə ABŞ, Fransa, Hindistan Ermənistanın silahlandırlması prosesini aktiv şəkildə davam etdirir. 

Onların daha bir məqsədi silahlanan Ermənistanın iqtisadi cəhətdən də möhkəmlənməsinə nail olmaqdır.  Bu səbəbdən anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq Ermənistana böyük gəlirlər əldə etmək üçün imkan yaradılır. Qərb Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlir. Məsələn, ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 20.7 milyard dollar olub. Bu, 2022-ci illə müqayisədə 46 faiz artım deməkdir. 2023-cü ildə Ermənistanın ixracı 55 faiz, idxalı isə 40 faiz yüksəlib. Ermənistanın sırf Rusiyaya ixracındakı artımsa 60 faizə yaxındır. Məsələ ondadır ki, Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir. Eyni zamanda, Ermənistan xaricdən gətirdiyi bəzi məhsulları təkrar Rusiyaya ixrac edir. Cari ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 10 milyard dollardan artıq olacaq. Onu da bildirək ki, Ermənistan iqti­sadiyyatı durğun vəziyyətdədir və məh­dud sənaye potensialına malikdir. Onun müstəqil şəkildə ticarət dövriyyəsinin belə kəskin artımını təmin edə bilməsi müm­künsüzdür. Məsələ burasındadır ki, ölkədə son üç ildəki dinamika, ilk növbədə, xarici malların və avadanlıqların, o cümlədən, iki­li təyinatlı məhsulların təkrar ixracı və geri alınması üzrə müxtəlif sxemlər hesabına təmin edilib. Erməninstan və Rusiya şirkət­ləri bu malları ABŞ və Avropa İttifaqının sanksiyalarından yan keçərək vasitəçilərin və nəqliyyat şirkətlərinin yardımı ilə daşı­yıblar. Ermənistanın Rusiya hesa­bına malların təkrar ixracına görə sürətlə zənginləşməsi İrəvana imkan verir ki, xa­ricdən, o cümlədən, Qərbdən silah alınma­sının həcmini xeyli artırsın. Silahlarla yanaşı, ABŞ və Fransadan Ermənistana irimiqyaslı iqtisadi yardımlar edilir. Məsələn, ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan ofisi bəyan edib. Məlumatda deyilir ki, “İnkişaf Qrantı”na dair sənədin birinci düzəlişi artıq imzalanıb. Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan imzalayıb. Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək.  Avropa İttifaqı isə Ermənistana 2,6 mil­yard avro ayırıb. Sirr deyil ki, bütün bunlar məqsədyönlü siyasətdir, onun məqsədi Qarabağ problemini yenidən “canlandırmaq” və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Eyni zamanda bütün bunlar Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan daha çox “Dağlıq Qarabağ”dan danışmağa başlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi və baş nazir “etnik təmizləmə”dən danışır. Ermənistan ötən il antiterror əməliyyatı ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır. İrəvanı bu fəlakətə məhz Qərb, ilk növbədə ABŞ və Fransa sürükləyir. Burada hədəf təkcə Azərbaycan yox, həm də Rusiyadır. Qərbin bu siyasəti ilə Cənubi Qafqaz regionu Ukraynadakı kimi ikinci Qərb-Rusiya qarşıdurmasının poliqonuna çevrilə bilər. Bu isə bölgənin və Azərbaycanın maraqlarına tamamilə ziddir. Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-la birgə regionda Rusiya-Qərb qarşıdurmasına yeni cəbhə açmasını, regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz, Bakı məhz bundan narahatdır və buna qarşıdır. Amma Qərb də öz məkrli siyasətindən geri çəkilmir. Bütün bunlar regionu fəlakətə sürükləyir. Məsuliyət daşıyan tərəf də Qərbdir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031