KÖHNƏ VERSİYA            

Azərbaycana qarşı ABŞ-ın diqtəsi ilə koordinasiyalı qarayaxma kampaniyası aparılır

Image

ABŞ-ın bir sıra dövlət strukturları ilə yanaşı, guya müstəqil fəaliyyət göstərən, ancaq faktiki olaraq bu ölkənin nəzarətində olan qurumlar tərəfindən də Azərbaycana qarşı fəaliyyət həyata keçirilməsi məlum həqiqətdir.  USAİD, “Freedom House” kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı təşkil edilən kampaniya buna misal kimi göstərilə bilər. Eləcə də ABŞ və digər Qərb ölkələrinin nəızarətində olan media vasitələrində anti-Azərbaycan təbliğatı da bu qəbildən qiymətləndirilə bilər. 

Bütün bunlar artıq bir mərkəzdən idarə edilən koordinasiyalı fəaliyyətdən xəbər verir. “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları da bu fonda qiymətləndirilməlidir. OCCRP tərəfindən cari ilin avqustunda dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir. Burada iddia edilir ki, Azərbaycan Qarabağdakı erməniləri “mühasirəyə” alıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımına mane olub. Halbuki,  bundan öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi şəhərində ofisi fəaliyyət göstərirdi. Xankəndi ofisi bu regionda yaşayan erməni əsilli insanlara kömək göstərirdi. 2023-ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra regiondakı erməni əsilli insanlar Ermənistana köç edib. Bu səbəbdən də ofis faəliyyətini dayandırıb. Indi Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. Amma OCCRP bunu görməzdən gəlir. Halbuki, Beynəlxalq Qırmızı Xaç Komitəsi antiterror tədbirlərindən öncə   son davranışları ilə Qarabağdakı erməni separatizminə dəstək verirdi. Bu komitə həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində azərbaycanlı əsir və girovlara lazımi dəstəyi verməyib. Bunun əksinə olaraq, ermənilərə hər zaman isti münasibət bəsləyib. Onlar hər zaman bir qayda olaraq ermənilərin yanında olublar. Komitənin nümayəndələrinin öz səlahiyyətlərindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaları Azərbaycan tərəfindən faktlarla sübut olunub. OCCRP isə hesabatında buna ümumiyyətlə toxunmur. Elə “Freedom House” tərəfindən hazırlanmış materialın da eyni məzmunda olması təsadüfi xarakter daşımır. Qurumun bir müddət əvvəl yaydığı hesabatda iddia olunur ki, sənəddə 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə başlayan dövr və 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağa qarşı “hərbi hücumu” və ondan sonrakı dövr üçün “Dağlıq Qarabağda yaşayan etnik ermənilərin vəziyyəti” araşdırılıb: “Yüzlərlə şahid müsahibələri və açıq mənbə məlumatlarını əhatə edən beynəlxalq faktaraşdırma səyi ilə təhlil 2024-cü ilin mayına görə Dağlıq Qarabağda niyə etnik ermənilərin yaşamadığına cavab vermək məqsədi daşıyır”. Amma hesabatda ermənilərin Qarabağı könüllü tərk etməsinə ümumiyyətlə toxunulmur, Azərbaycan hədəf olaraq seçilir. Qarabağdan erməni əhalinin köçünün könüllü olması ilə bağlı çoxsaylı videoetiraflar var. Onlar etiraf edirlər ki, Azərbaycan onların ge­dişini arzulamırdı. Eyni zamanda bildirirlər ki, Bakı ən yüksək sə­viyyədə Qarabağın erməni sakin­lərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edirdi. Bu şəxsləri köçməyə keçmiş separatçı xunta rejiminin başçıları və Ermənistandakı “Qarabağ kla­nı” məcbur edib. Ancaq “Freedom House” bu reallığı təkzib edir. 

ABŞ-ın USAİD təşkilatının yanaşmasında da eyni halları görmək mümkündür. Onun rəhbəri Samanta Pauer bu ilin iyulunda Ermənistanda olarkən bildirib ki, Birləşmiş Ştatlar Qarabağın etnik erməni əhalisinin ötənilki kütləvi köçünün “etnik təmizləmənin” nəticəsi olub-olmadığını müəyyən etmək üçün araşdırır. Pauer bildirib ki, Vaşinqton, həmçinin, Qarabağ ermənilərinin 2023-cü ilin sentyabrında Azərbaycan tərəfindən “ələ keçirilən vətənlərinə təhlükəsiz qayıtmaq hüququnu müdafiə etməyə” davam edir. Yenə burada reallıq və faktlar təhrif edilib. Lokal xarakterli antiterror tədbirlərini “Azərbaycanın hərbi əməliyyatı”, Qara­bağ iqtisadi rayonunu isə “Dağlıq Qara­bağ” adlandıran Pauer adətən ermənilərdən daha artıq ermənilik edir. Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi Məktəbinin professoru olan Pauer qondarma “erməni soyqı­rımı”na dair təbliğat xarakterli kitabın müəllifidir. Pauer hazırda DTX-nın İstintaq Təcridxanasında saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla sıx əlaqələrə malik olub. Bunlar fonunda USAİD-in erməni sevgisi təsadüf deyil. USAID-in milyonluq layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olu­nan layihələrlə sinxronluq təşkil edir. Avropa Parlamentinin deputatı Natali Loisanın “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi” gününü Avropa Parlamentində qeyd etmək üzrə fəaliyyəti bu fonda təsadüfi deyil. Qeyd edək ki, Avropa Parlamenti daim ermənipərəst mövqe nümayiş etdirir.  Bu proseslərdə ABŞ-ın aparıcı piar şirkətləri, məsələn, “Edelman”  şirkəti Azərbaycana qarşı beynəlxalq media kampaniyasının əsas təşkilatçıları sırasında yer alır. Sonuncu ABŞ-ın ən iri piar şirkətidir. Erməni diasporundan gələn pul və sifariş əsasında  Azərbaycana qarşı beynəlxalq media kampaniyası aparılır. Lakin bütün bu cəhdlərin həmişəki kimi iflasa uğrayacağı da şübhə doğurmur. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031