KÖHNƏ VERSİYA            

Fransanın Martinik xalqına qarşı əsl soyqırım siyasətinin üzü açılır... - FOTO

Image

Yaşadığımız əsrdə Fransa hələ də müstəmləkəçilik siyasətini israrlı bir şəkildə davam etdirir. Düzdür, hazırda bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Afrikadan qovulan Fransaya qarşı etirazların artdığı müstəmləkələrdən biri də Martinikdir. 

Qeyd edək ki, bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb. Elə bu günlərdə Martinik departamentində qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Yerli polis rəisinin komendant saatı tətbiq etmək qərarı gərginliyin daha da artması ilə nəticələnib. Fransa Milli Statistika İnstitutunun məlumatına görə, Martinikdə ərzaq məhsulların qiyməti Parisdəkindən 40 faiz bahadır. Fort-de-Frans şəhərinin ticarət şəbəkəsi rəhbərlərinin polis rəisi ilə danışıqları nəticəsiz başa çatıb. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər. Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti isə buraya məqsədli köçürülmüş agdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya edilərək, onlar iqtisadi yardımdan məhrum edilirlər. Onu da qeyd edək ki, Fransa Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin müvafiq maddəsini pozmaqda davam edir. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir.  Amma reallıq tamam fərqlidir. Burada da digər müstəmləkə ərazilərində olduğu kimi xalqlarla məsləhətləşmədən həmin ölkədən böyük Qərb dövlətlərinin Hind-Sakit okean zonasından, eləcə də Karaib-Amerika zonasından müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə edilməsi siyasəti davam edir. Bir məqamı da vurğulayaq ki, BMT-nin 1514 saylı qətnaməsinin şərtləri də Martinikdə Fransa tərəfindən pozulur. Həmin   qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir.   Martinik xalqı isə müstəqil olmaqda israrlıdır və bunu referendumlarla təsdiq edib. Amma Fransa bu referendumların nəticlərini təhrif edib. Məsələn, 1946-cı ildə keçirilən referendumun nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alıb. Bununla Martinik, beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq, Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir. 2003-cü ildə baş tutan referendumun da nəticələr saxtalaşdırılıb. Bun da onunla nəticələnib ki, Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib. Eyni hala 2010-cu il referendumda da rast gəlinib. Burada da nəticələr saxtalaşdırıldığından  Fransa Martinik xalqının hüquqlarını daha da məhdudlaşdırıb. Bunlar fonunda 1960-cı il dekabrın 14-də “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”nin  şərtləri də paris tərəfindən pozulur. Bununla Fransa mahiyyət etibarilə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasını təşkil edən müstəmləkəçiliyə və neokolonializmə qəti şəkildə son qoyulmasına imkan vermir. Müstəmləkəçilik siyasəti ilə müstəmləkə ölkələrində yerli xalqlara qarşı törətdiyi cinayətləri Paris davam etdirir. Onu da qeyd edək ki, Fransanın Martinikdə də keçirdiyi referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Elə yerli əhali də referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini dəfələrlə diqqətə çatdırıblar.  Amma bunlara qarşı etirazlar Fransa tərəfindən zorakı üsullarla yatırılır. Fransada bir neçə onilliklərdir qadağan edilməsinə və yüksək kanserogen olmasına baxmayaraq, burada xlordekon zəhərlənməsi siyasətinin davamı da ayrı bir problemdir. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib. Martinikdə xərçəng göstəriciləri dünyada ən yüksəkdir. Ümumiyyətlə, Martinik və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi. Amma problemlər hələ də həllini tampır. Əksinə, Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bunların qarşısının alınması üçün  Fransaya təzyiq göstərmir. Bu sistemli və institusional zorakılığa beynəlxalq ictimaiyyət səssiz qala bilməz. Fransaya təzyiq göstərmək, beynəlxalq hüquq standartlarına hörmət etməsi tələbini qoymaq və onun repressiv qüvvələrinin törətdiyi repressiyalara dərhal son qoymasını tələb etmək beynəlxalq ictimaiyyətin borcudur. Xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi   dünya daim xüsusi diqqət mərkəzində saxlamalıdır. Azərbaycan xarici siysətində buna xüsusi önəm verir.

Tahir TAĞIYEV








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031